Icma.az
close
up
RU
Bir zamanlar “Beşdaş”, “Evcikevcik”, bəs indi?..

Bir zamanlar “Beşdaş”, “Evcikevcik”, bəs indi?..

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gündən dünənə… Baxır, hey baxıram. O uşaqlıq, bu uşaqlıq… O oyunlar, bu oyunlar… Uşaqların bir-birinə o sevgisi, bu sevgisi… Həyət dolu uşaqlar, həyat dolu uşaqlar. Məhəllələrin səsi-küyü, sevinci, şaqraq gülüşlü uşaqları. Nə oyunlar oynayardıq. “Beşdaş”dan başlardıq. Bunun üçün saatlarla daş axtarıb yığar-yığar, daha sonra içindən hamarların, yumruların, rənglilərin seçərdik ki, gözoxşayan, əlimizə yatan olsun… Günlərlə bu daşların ən qəşəngin axtarardıq. Hələ gözdən oğurlanıb daş yığmağa yollanardıq... Bu daşlarla günləri biz edərdik baş. Nə bir qüssə, nə bir kədər, deyə-gülə o qayğısız uşaqlığı bu daşlarla atar-tutar, barmaqların on çeşidli formasından keçirərək qalib olar, xoş saatlar yaşayardıq… Bu tək bir daş oyunumu? Xeyr. Bu daş oyunu zəkamızı artırardı, göz yaddaşı bəxş edərdi uşaqlara. Əlimizin bir andaca hərəkəti saatlarla bir idmana bərabərdi. Daşlaşardı o mənalı uşaqlığımız bu daşlarda. Gün, ay nədir? – ötən, gedən. Qalan nədir? – tək xatirə…

Tək “Beşdaş”mı? Xeyr. “Evcik-evcik” oyunumuz da var idi. Daşıyardıq ev-eşikdən palaz-paltar, qab-qacaq, gəlinciklər küçəmizə. Bir guşəyə palaz açıb “evimizi” qurardıq biz. Biri ata, biri ana, biri də bala olardı. Çox sevimli ailəmizdə olanları evciklərə daşıyardıq. O illərin “Evcik-evcik” oyunundan yaddaşlara nələr hopub? Unudulmayan ən gözəli quru lavaşı ovub, üstünə də xırdalanmış pendir səpib “ailə” üçün hazırlanan yemək olub. Necə şirin yeyərdilər uşaqlar bu “yeməyi”. Uzun illər bu “yeməyi” xəyallardan ala bilmir…

Bir sözümüz birimizə bəd gələndə küsüşərdik, küsülülük yuxumuzu ərşə çəkər, küsülülük bitənədək əzab çəkər, barışmağa can atardıq.

Binaların blokları “konsert zallarımız” idi. Pilləkənlər oturacaq. Qarşıdakı kiçicik bir “meydança” da çalanların, oxuyanların yeri idi. Musiqi məktəbində oxuyan uşaqların biri qarmon, nağarasın, biri tarın, kamançasın gətirərdi. Səsi olan oxuyardı. Yaşıdımız tamaşaçılar pilləkəndə çalanları alqışlardı. Oxuduğumuz yerdəcə mahnıların sözlərini unudardıq, bir andaca deyib-gülüb bir-birimizə qarışardıq. Açılardı birinci mərtəbədən bir qapı: “Ay uşaqlar, sizin əlinizdən biz hara gedək?” Açılardı ikinci mərtəbədən bir qapı: “Ay uşaqlar, bu nə səsdir?”… Qovulmaq qorxusu çökərdi üstümüzə. Böyüklərə nə var ki, alardılar pillələri əlimizdən, sevdiyimiz bu “zalı”. Başqa yerdə konsert olar? Tamaşaçı bəs harada əyləşərdi, çalanları, oxuyanları o haradan dinlərdi? Bax bunları düşünərək susardıq biz…

Xatirələrə çevrilən mənzərələr bu günlərdə anılanda düşünürəm: – Böyüklərin hirsinə baxmayın, qoymasaydılar, qoymazdılar bizi o pillələrə. O səs-küyə tab gətirmək asanmıdır? Gözlərinin önündəcə olmaq üçün onlar bizə susurdular. Tək bununçün? Xeyr. Lap sonralar bildim ki, mən onlar bizi qapılardan dinləyirmiş… Sən demə, tamaşaçı tək məhəllə uşaqları deyilmiş. Qapının o tərəfində bizlə yaman qürur duyan neçə-neçə analar da, xalalar da var imiş…

“Yeddi daş”, “Ortada qaldı”, “Gizlən-qaç”, “Bənövşə, bəndə düşə”, “Ocaq yandı, su qaynadı”, “Əlimi siçan dişlədi”, “ Xan-vəzir”, “Tıx-tıx”, “Dama-dama”, “Fincan-fincan”, “Top divarda”dan danışmıram. İndi məhəllə uşaqları hər üzü şumal olan yeddi daş heç axtarmır. Onları üst-üstə yığıb topun güclü zərbəsilə heç ətrafa dağıtmır. İndi heç “Alma desəm aç, armud desəm, açma!”, – deyən də yoxdur. Dəqiqələrlə ortada qalıb topun zərbələrindən qurtulmaq üçün o yana-bu yana qaçan da yoxdur. Bənövşə də küskün düşüb, üz çevirib, heç yaxına gəlmir ki, bəndə düşə, ya düşməyə... Ocaq yanmır, su qaynamır.

Məhəllələrdə indi bir zamanlar təbaşirlə çəkdiyimiz dama yoxdur. Yağışın, bir də qarın pozmasından məyuslandığımız damaları gör nə vaxtdır, “sel aparıb”. “Top divarda”n enib, “Xan-vəzir” ta unudulub, “Tıx-tıx” yada düşmür, “Fincan-fincan” da oynanmır. İndi artıq o körpəcə əlləri də heç siçanlar dişləmir. Siçanlar yerini “maus”a verib. “Maus”larsa əl dişləmir, ruhu dişləyir. Kompüterlər, smartfonlar, planşetlər, bir də ki playstationlar əvəzləyib o gözəl oyunları. Xoş xatirə qaynağı o ziyansız, zərərsiz oyunları…

Tez-tez keçirəm məhəllələrdən. Yaman sükut çöküb məhəllələrə. Sanki uşaqlar yoxdur, hara isə gediblər. Lal sükut… Bu sükutu yaradan nə? Təbii ki, kompüter, telefonlar, planşetlər… Uşaqların əllərinə öz əlimizlə verdiyimiz xəstəliklər. Səsi çıxmasın, başı qarışsın, çöl-bayır istəməsin deyə, verdiyimiz telefonlar. Saatlarla kompüter qarşısına çökdürdüyümüz uşaqlar. Yorğun gözlər, əldən düşmüş sümüklər… Onurğası durğunluqdan “dil açan”, özü isə əsla usanmayan, doymayan uşaqlar…

Məhəllələrdə görürəm hərdən az-maz uşaq. Əllərində planşetlər, smartfonlar… Bir kənarda anaları söhbət edir qonşularla şirin-şirin. Uşaqlarsa saatlarla oyunlarda. Körpələri vəhşiliyə sürükləyən oyunlarda… Telefondan gələn səslərə bax, gör necə də ətraflarda gurlayır: atışmalar, çığırışmalar, vahimələr…

Bir kənardasa yelləncəklər, on cür oyun qurğuları. Baxdıqca uşaq olmaq istəyirəm... Bir zamanlar heç tapmazdıq biz bunları. Ağaclardan kəndir asıb yelləncəklər qurardıq. Yelləndikcə nazikləşən kəndirlərsə qəflətən qırılar, üzüüstə yerə düşüb, yamanca yaralanardıq...

Hayqırmaq istəyirəm: – Ay uşaqlar, yerə qoyun telefonları, gəlin yellənin, atılın-düşün, gününüzü heç olmasa bu oyunlarla keçirin...

Ana susur, ata susur… Nə üçün görən? Özlərinin uşaqlıqda oynadığı oyunları görən niyə öyrətmirlər uşaqlara? Gözlərinin önündəcə övladları yuvarlanır ətalətə, xəstəliyə, süstlüyə… Bilə-bilə, görə-görə görən niyə susur ana? Olanlara, keçənlərə nə üçün göz yumur ata?

Heç gec deyil, ay atalar, ay analar! Uşaqları aparın öz keçmişinizə. Oyunlara qonaq edin, onlara da daddırın o şirinliyi, savab edin. O illərdən uşaqlara bir pay verin… Edin, hökmən edin. Uşaqlara gələcəkdə bir zamanlardan danışmağa söz verin…

…Bir zamanlar “ Beşdaş”, “Yeddi daş” oynardıq. Başlayardı bu daşlardan oyunlarımız. Heç bitməzdi, tükənməzdi… Daşlaşıbdır uşaqlığımız o daşlarda. O kiçicik daşlardan başlayan oyunlarda… Harda görsən o daşlardan, xatirələr düşür yada: şirin-şəkər xatirələr. Uşaqlıqdan qalan gözəl xatirələr...

İndi deyin, necə uçmasın xəyal o illərə? Noğul kimi oyunlardan bu gün əsər qalmayan o illərə…

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri