Icma.az
close
up
RU
Şarm əl Şeyx sammitinin pərdəarxası: İsrail, İran və Həmas niyə danışıqlardan kənarda qaldı?

Şarm əl Şeyx sammitinin pərdəarxası: İsrail, İran və Həmas niyə danışıqlardan kənarda qaldı?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəs məsələsinə həsr olunmuş beynəlxalq sülh sammiti keçiriləcək. Tədbirə ən azı 20 ölkədən yüksək səviyyəli nümayəndələrin qatılması gözlənilir. Diqqətçəkən məqam odur ki, İsrail, İran və Həmas toplantıya qatılmaqdan imtina edib. Tərəflərin sammitdən kənarda qalmasının səbəbi nədir?

Moderator.az-a danışan politoloq Sədrəddin Soltan bildirib ki, Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəs məsələsinə həsr olunmuş beynəlxalq sülh sammitinə İsrail, İran və Həmas-ın qatılmaması tərəflər arasında diplomatik münasibətlərin olmaması ilə bağlıdır:

“Hətta bundan əvvəl Qahirədə keçirilmiş İsrail–Həmas görüşü də birbaşa deyil, Qətərin vasitəçiliyi ilə reallaşmışdı. İran İsrailin iştirak etdiyi tədbirdə yer almaq istəmir, İsrail isə eyni salonda İran və Həmas nümayəndələrinin olmasını qəbul etmir”.

Siyasi şərhçi əlavə edib ki, İranın sammitə qatılmamasının digər mühüm səbəbi tədbirə ABŞ-ın prezidenti Donald Trampın sədrlik etməsidir:

“Trampın Qəzza planı – yəni atəşkəsin bərpası və girovların dəyişdirilməsi təşəbbüsü həm İsrail, həm də Həmas tərəfindən qəbul edilib. İran isə ABŞ-ın rəhbərliyi ilə keçirilən toplantıda iştirak etməklə özünü məğlub tərəf və ya Həmas-ın havadarı kimi göstərmək istəmir. Bu, həm siyasi, həm də mənəvi məsələdir. Tehran hakimiyyəti Tramp planının həm region dövlətləri, həm də dünya gücləri tərəfindən qəbul olunmasını siyasi və mənəvi məğlubiyyət kimi dəyərləndirir. İran artıq regionda təsir imkanlarını itirib, xüsusilə də proksi  qüvvələrindən məhrum olub. Buna görə də bu sammitdə iştirak etməmək Tehranın özünə qarşı təslimçilik görüntüsü yaratmamaq cəhdidir”.

Siyasi şərhçi Qəzzada əldə olunan razılaşmanın davamlılığı məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, sammitdə təmsil olunan ölkələrin tərkibinə diqqət yetirməklə belə, prosesin istiqamətini anlamaq mümkündür:

 “Həm Həmas-ı indiyədək dəstəkləmiş, həm də İsraili müdafiə etmiş dövlətlər bu dəfə eyni masa arxasında toplaşıblar. Bu, onların birlikdə sülh sazişini dəstəklədiyini və regionda sabitliyin bərqərar olmasında maraqlı olduqlarını göstərir. Bu həm də o deməkdir ki, həmin ölkələr Həmas-ın hərbi güc strukturlarının yenidən formalaşmasının və ya yeni müdafiə mexanizmlərinin yaradılmasının tərəfdarıdırlar. Odur ki, bu dəfə regionda sülhün daha davamlı olacağı ehtimalı yüksəkdir”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see293

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see233

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see134

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see126

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri