Icma.az
close
up
RU
Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Oktyabrın 13-də təkcə Yaxın Şərq regionu deyil, bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən hadisə baş verdi. Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammiti keçirildi və ABŞ, Türkiyə, Misir və Qətər liderlərinin iştirakı ilə sülh sazişi imzalandı. Bununla da iki ildir davam edən və çox sayda insanın həyatına son qoyan, regionu qan çanağına döndərən, aclıq, fəlakət gətirən İsrail-HAMAS müharibəsini dayandırıldı.

Yada salaq ki, sentyabrda ABŞ prezidenti Donald Tramp İsrail-HƏMAS münaqişəsinin dayandırılması məqsədilə yeni sülh planı təqdim edib. 20 maddədən ibarət olan planın mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ artıq icra olunur, tərəflər arasında tam atəşkəs elan edilib, eyni zamanda bölgəyə humanitar yardımlar çatdırılmağa başlayıb, HƏMAS bütün sağ qalan girovları İsrail tərəfinə təhvil verib, cəsədləri qaytarıb, İsrail də fələstinli məhbusları azad edib.

ABŞ, Türkiyə, Qətər və Misir liderləri sülh razılaşmalarını alqışlayaraq, onları qorumaq və həyata keçirmək üçün birgə çalışacaqlarını bildiriblər. Tramp Qəzza razılaşmasını “ən böyük və ən mürəkkəb” adlandırıb, əlavə edib ki, Üçüncü Dünya müharibəsinin Yaxın Şərqdən başlayacağını deyirdilər, amma bu, olmayacaq.

Qeyd edək ki, sülh sammitinə məhdud sayda dövlətlərin liderləri dəvət olunmuşdu. Azərbaycan lideri də sammitə dəvətlilər arasında idi. Trampın Prezident İlham Əliyevə dərin hörmət və rəğbət bəsləməsi, onu çox güclü lider adlandırması bir daha Azərbaycanın dövlət başçısının dünyadakı nüfuzunun göstəricisi idi.

Tramp Qəzza mövzusundakı zirvə toplantısında çıxışı zamanı deyib: "Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır. O, çox güclü bir liderdir, işini çox yaxşı görür”.

Bütün bunlar bir daha Azərbaycanın və onun liderinin nüfuzunun regional və qlobal təhlükəsizlik məsələlərindəki əhəmiyyətli rolunu göstərir.

Milli Məclisin deputatı Rasim Musabəyov “525”ə şərhində ilk olaraq Qəzza razılaşmasına diqqət çəkib. Onun sözlərinə görə, tərəflər arasında gərginliyin saxlanılmasının və müharibənin davam etməsinin əsas səbəblərindən biri girov məsələsi idi: “Həmin məsələ həllini tapdı. Sağ qalanlar İsrailə təhvil verildi, cəsədləri də qaytarırlar. Öz növbəsində İsrail də həbsxanalarda olan 2 minə yaxın fələstinlini azad edib. İndi HƏMAS doğrudan da geri çəkilməlidir, bunu ondan həm Türkiyə, həm Misir, həm Qətər təkidlə tələb edir. Çəkildiyi halda bəli, orada humanitar dəhlizlər açılacaq. Əgər humanitar dəhlizlər açılmasa, nəzərə alsaq ki, qarşıdan qış gəlir, insanların əksəriyyəti tələf ola bilər. Orda su, yanacaq, qida yoxdur, dərman lazımdır, insanların böyük əksəriyyətinin qışdan sağ-salamat çıxmaları üçün bunlar minimum ehtiyaclardır. Atəşkəs təmin olunacaqsa, onda ərəb ölkələri maliyyə ayıracaqlar, hesab edirəm ki, bərpa işlərinin böyük hissəsini Türkiyə və Misir aparacaq. Hər şey qaydasında getsə, bəlkə Fələstin dövlətinin yaradılması ilə bağlı irəliləyiş əldə oluna bilər. Ancaq indi heç vahidlik yoxdur. HƏMAS Mahmud Abbası tanımır, Mahmud Abbas da HƏMAS-ı. İndi demək olar ki, HƏMAS hərtərəfli təzyiq altındadır. İranın isə pozucu fəaliyyət üçün imkanları xeyli məhdudlaşıb”.

HƏMAS-ın silahsızlaşdırılmasına gəlincə, politoloq hesab edir ki, tam şəkildə silahların təhvil veriləcəyini düşünmür: “Onlar nüfuzlarını onunla saxlayırdılar ki, hər yerdə öz adamlarını yerləşdiridilər, bütün yardımlar və s. onların əli ilə gedirdi. Buna qarşı çıxanları isə öldürürdülər. Demək olar ki, silahlı mafiyaya çevrilmişdilər. Silahlı mafiya dağılsa, kiminsə əlində silahlar qalacaq, onlar təxribata yol verə bilərlər, amma ümumən gəlib bütün əhalini girova çevirmək imkanı itiriləcək”.

Qeyd edək ki, sülh planına əsasən, Qəzzada siyasətdən kənar ixtisaslı şəxslərdən ibarət müvəqqəti “Texnokratik İdarəetmə Şurası” yaradılacaq və onun fəaliyyətinə beynəlxalq müşahidəçilər nəzarət edəcək. Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyerin Qəzzaya keçid dövrünün idarəetmə orqanına rəhbərlik edəcəyi gözlənilir.

R.Musabəyova görə, Toni Bleyer daha çox əlaqələndirici rolunu oynayacaq: “Əgər kimsə düşünürsə ki, Bleyer gəlib Qəzzada ofis açıb, orda oturub gündəlik məsələlərlə məşğul olacaq, yanılır. O, əlaqələndiricidir, yəni Qəzza ilə bağlı razılaşmanı yüksək səviyyədə təmin edən şəxsdir. Hansısa bir operativ məsələ, gərginlik yarandığı halda ABŞ prezidentinə, Səudiyyə Ərəbistanı kralına, Türkiyə prezidentinə, Qətər əmirinə zəng etsə, dəstəyi qaldırıb onunla danışacaqlar. O ki qaldı real idarəetmə ilə məşğul olmağa, Qəzzada HƏMAS-dan başqa qəbilələr var. Onların başçıları heç də tam şəkildə HƏMAS-ın gəlib orda at oynatması ilə razı deyillər. Əvvəllər HƏMAS silah gücü ilə onlara təzyiq edirdi, amma indi idarəetmədə rollarını artırıb, tələblərini təmin etməyə başlayıblar. Digər tərəfdən, hər halda Mahmud Abbasın rəhbəlik etdiyi FAT (Fələstin Azadlıq Təşkilatı) rəsmi sayılır. Düşünürəm ki, yerdə idarəçiliyi daha çox əlləri qana batmamış fələstinlilər həyata keçirəcək. Bleyer isə daha çox yüksək səviyyədə kommunikasiyaların saxlanmasını təmin edəcək”.

Azərbaycanın sülh sammitində iştirakına toxunan deputat deyib ki, bu dəvət təkcə Qəzza ilə bağlı deyildir: “Qəzza İsrail və ərəb ölkələri arasında barışa mane idi. Ona görə Qəzzada atəşkəsin təmin edildiyi, bərpa işləri aparıldığı halda ortaya İsrailin ərəb ölkələri ilə barış məsələsi gəlir. Gündəlikdə Suriya-İsrail münasibərləri var, Livan-İsrail məsələsi var, hansı ki, indiyə kimi bir-birini tanımayıblar və demək olar ki, müharibə şəraitindədirlər. Suriya kontekstində Azərbaycanın böyük bir rolu var. İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə görüşür, danışıqlar aparır. Bərpa məsələsinə gəlincə, Qəzzanın dənizdə qaz, neft ehtiyatları var. SOCAR necə ki, İsraildə o işləri aparır, istisna etmirəm ki, orada da digər beynəlxalq şirkətlərlə birgə bu işi aparmaq imkanında olacaq. Elə məsələlər var ki, orada Azərbaycan iştirakçıdır. Qəzza balaca bir ərazidir, 300 kv. kilometrdən artıq əraziyə malikdir, 1 milyondan bir qədər artıq əhalisi var, Suriyanın 20 milyondan artıq əhalisi var. Suriya və İsrailin gərginliyi gətirib bilavasitə Türkiyə ilə toqquşmaya çıxara bilər, burada Azərbaycanın rolu olduqca əhəmiyyətlidir. Əsas məsələ isə ondan ibarətdir ki, Azərbaycan nümayiş etdirdi ki, təkbaşına 30 illik münaqişəni həll etmək iqtidarındadır. Əlbəttə ki, bu amil də həm Tramp, həm ərəb ölkələri üçün cəlbedicidir. Azərbaycanın ərəb ölkələri, xüsusilə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri ilə çox sıx münasibətləri var. Türkiyəni demirəm, çünki qardaş ölkədir, müttəfiqimizdir. Bütün bunlar Azərbaycanı bölgəyə sülhün gətirilməsində vacib dövlətə çevirir. Eyni zamanda, bunların hamısı Azərbaycanın nüfuzuna xidmət edən amillərdir”. 

Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu “525”ə deyib ki, Şarm əl-Şeyxdə keçirilən sülh sammiti beynəlxalq miqyasda Yaxın Şərqdə davam edən gərginliyin azaldılması, humanitar böhranın qarşısının alınması və bölgədə uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm diplomatik hadisə kimi qiymətləndirilir. Sammitdə imzalanan sülh razılaşması tərəflər arasında atəşkəsin davamlı saxlanılması, humanitar yardımın fasiləsiz çatdırılması və gələcək siyasi dialoqun təşkili üçün ilkin baza formalaşdırır.

Onun sözlərinə görə, bu sənəd eyni zamanda, beynəlxalq ictimaiyyətin sülh prosesinə birgə dəstəyini nümayiş etdirir və sülhün yalnız regional deyil, qlobal təhlükəsizlik üçün də vacib olduğunu vurğulayır: “Razılaşmanın əhəmiyyəti təkcə hərbi əməliyyatların dayandırılması ilə məhdudlaşmır, həm də tərəflər arasında etimadın bərpası, sosial və iqtisadi reabilitasiya proseslərinin başlanması baxımından mühüm mərhələ hesab olunur. Şarm əl-Şeyx sammiti, sülhün “kağız üzərində” deyil, praktik mexanizmlərlə qorunması üçün beynəlxalq nəzarət və koordinasiya mexanizmlərinin formalaşmasına zəmin yaradır”.

Siyasi şərhçiyə görə, Azərbaycanın sammitə dəvəti ölkəmizin son illərdə artan diplomatik nüfuzu, regionda sabitlik və əməkdaşlığa yönəlik siyasəti ilə bağlıdır: “Bakı həm müsəlman dünyasının bir üzvü, həm də İsraillə əməkdaşlıq münasibətlərinə malik ölkə kimi bu məsələdə balanslı və neytral mövqe sərgiləmək imkanına sahibdir. Azərbaycanın sülh prosesində iştirakı, onu potensial vasitəçi və dialoq qurucusu kimi önə çıxarır. Bununla yanaşı, Azərbaycan postmünaqişə dövründə qazandığı təcrübə – bərpa, humanitar yardım və beynəlxalq əməkdaşlıq sahəsindəki praktiki yanaşmalar – sülh prosesinə əlavə töhfə vermək üçün real imkan yaradır. Azərbaycan həm diplomatik, həm də humanitar səviyyədə sülhün möhkəmlənməsinə dəstək göstərməklə, regionda təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasına öz payını qoya bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:421
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri