Icma.az
close
up
RU
Sarsılmaz birliyimiz

Sarsılmaz birliyimiz

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səməd Orucov,

YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Dörd il bundan əvvəl  2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq  xalqımız  işğal altındakı torpaqların azad edilməsi məqsədilə Möhtərəm  Prezidentimiz , Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı.

Cəmi 44 gün ərzində davam edən  hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad etdi, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olundu.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan məğlubiyyətini qəbul etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalandı.

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev qələbənin əldə olunmasında Azərbaycan xalqının birliyinin mühüm rol oynadığını vurğulayaraq belə demişdir: “Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi.Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur. Çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, azərbaycanlılar kimi etnik təmizləməyə məruz qoyurlar, ya da ki, başqa millətin nümayəndəsi orada yaşaya bilmir, sıxışdırırlar, sıxışdırırlar, sıxışdırırlar. Amma bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir”.

Xüsusi qeyd etmək lazımdır ki,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində "Dəmir yumruq" əməliyyatı ilə Ermənistan ordusunu darmadağın edərək onları kapitulyasiya aktına imza atmağa məcbur edən Cənubi Qafqazın ən qüdrətli  Azərbaycan Ordusu 23 saata Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı keçirməklə, separatçıları diz çökdürməklə yanaşı, Azərbaycan xalqının son 200 il ərzində qarşılaşdığı və təkcə azərbaycanlılara deyil, bütün bölgəyə təhlükə yaradan böyük bir problemi həll etdi. Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi.

Artıq tarixi Zəfərdən  sonra Qarabağda bərpa-quruculuq işlərinə geniş şəkildə start verilmişdir. Möhtərəm  Prezidentimiz cənab  İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük ruh yüksəkliyi ilə qarşılanır. Doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. İşğaldan azad edilmiş bölgələrimizdə elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura, işığa bürünür. Ərazilərimiz minalardan tamamilə təmizləndikdən sonra insanlarımız, bu qədim diyarın əsl sakinləri yenidən öz doğma ocaqlarına qayıdır, onlar üçün  firavan həyat yenidən təmin edilir, yurddaşlarımız əkib-becərməklə, qurub yaratmaqla  məşğul olur. Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu - işğal altında qalmış torpaqlarımızın azad olunması arzusu  ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağın hər yerinə yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see327

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see301

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see297

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see295

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see293

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see271

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see264

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see260

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see246

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see186

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see180

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see180

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see179

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see176

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see175

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see172

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see171

İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05see169

Futbolda Messi sirri MÜTLƏQ OXUYUN

16 İyul 2026 02:01see166

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri