Icma.az
close
up
RU
Sarsılmaz birlik! ŞƏRH

Sarsılmaz birlik! ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlumdur ki, ölkəmiz 2024-cü ili birmənalı olaraq çox müsbət nəticələrlə başa vurdu və daha yüksək hədəflərin müəyyən olunduğu 2025-ci ilə qədəm qoydu. Bütün sahələrdə dinamik inkişaf, dünyada durmadan artan nüfuzu və getdikcə güclənən beynəlxalq mövqeləri Azərbaycanın özü ilə növbəti ilə daşıdığı əsas yükü oldu. Bu yükün növbəti illərdə daha böyük dividendlərə çevrilməsi isə, birbaşa Azərbaycan dövlətinin bundan sonra həyata keçirəcəyi ilk növbədə xarici siyasətin effektivliyi ilə müəyyən olunacaq. Cənab Prezident İlham Əliyevin yanvarın 7-də yerli telekanallara verdiyi müsahibəsində biz bu siyasi xəttin prioritet olacaq vektorlarının cizgilərini açıq-aydın müşahidə etdik. Eyni zamanda da dövlətimizin başçısı bu gün sadəcə Azərbycan ictimaiyyətini deyil, eləcə də bütün dünyanı maraqlandıran və düşündürən bir çox suallara dair təqdim etdiyi detallı açıqlamalarla növbəti dəfə dünyaya əsil siyasi master-klass keçmiş oldu. O cümlədən Bayden administrasiyasının Azərbaycanla bağlı xarici siyasətində yer almış kobud səhvləri təhlil edən cənab Prezident İlham Əliyevin məhz bu səbəbdən ABŞ-nın ümumilikdə Cənubi Qafqazda mövqelərinin zəiflədiyini diqqət mərkəzinə çəkdi. Dövlətimizin başçısı “Ağ ev”in Azərbaycanla bağlı əsas səhvinin Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinə qurban verməkdən ibarət olduğu vurğulamaqla məhz bu yanaşmanın əvvəllər əldə olunmuş yaxşı nəticələri kölgədə qoyduğunu qeyd etdi. Azərbaycana qarşı uzun müddət ikili standartlara əsaslanan ədalətsiz mövqe sərgiləmiş Bayden administrasiyasının səhvlərindən biri də o idi ki, Amerikaya olan inamı öz əməlləri ilə böyük dərəcədə sarsıtdı. Lakin ölkəmizin ABŞ ilə əsas ciddi əməkdaşlıq platformasının Klinton və Corc Buş dönəmində yaradıldığını və Tramp dönəmində də bunun davam etdiyini nəzərə alsaq, ölkəlrimiz arasında münasibətlərin yenidən normal müstəviyə dönəcəyinə ümidlər olduğunu deyə bilərik. Maraqlıdır ki, cənab Prezident, özünün də qeyd etdiyi kimi, hələ Şuşa Forumunda, məhz kimin ABŞ-nın növbəti prezidenti seçiləcəyini hələ heç kimin bilmədiyi bir vaxtda sadəcə olaraq, Azərbaycanın maraqları nöqteyi-nəzərindən çıxış edərək öz mövqeyimi bildirmişdi ki, Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərlərini, mənəviyyat dəyərlərini təbliğ edir. Bütün bunları ətraflı şəkildə təhlil edən cənab Prezident İlham Əliyev Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmağın mümkün ola biləcəyini diqqətə çatdırd.

Yeri gəlmişkən, ölkə başçısı cənab İlham Əliyevin hərtərəfli təhlilə əsaslanan maraqlı açıqlamalarından biri də sözsüz ki, qloballaşma tendensiyasının əsil mahiyyətinin səciyyələndirilməsi ilə bağlı oldu. İlk növbədə cənab Prezident ümumiyyətlə qloballaşmanın nə məna daşıdığının bir çox ölkə üçün aydın olmadığını diqqət mərkəzinə çəkdi. Bəziləri bunun daha çox ticarətə, digərləri isə ümumiyyətlə bütün məsələlərə eyni prizmadan baxışın formalaşdırılması cəhdi kimi baxırdılar. Azərbaycan öz növbəsində bütün dövrlərdə, hətta qloballaşma Qərbin siyasətində əsas tendensiya sayıldığı vaxtlarda da birmənalı şəkildə buna qarşı çıxış edib. Bu gün isə, bu mövzu artıq ümumiyyətlə beynəlxalq ictimaiyyətin gündəliyində deyil. Cənab Prezident bu tendensiyanın mahiyyət etibarı ilə ziyanlı olduğunu vurğulayaraq onun yaxın vaxtlarda tamamilə aradan qalxacağına ümid etdiyini bildirdi. Qloballaşmanın əsas ziyanı isə onun digər ölkələrin daxili işlərinə müdaxilə aləti olaraq, hökmranlıq platforması kimi yaradılmasında və ən əsası gənc nəslin dünya görüşünün dəyişdirilərək milli-mənəvi dəyərlərdən qoparılmalarına yönəlməsindədir.

Ən əsası, Azərbaycan bu sınaqdan da ləyaqətlə çıxaraq, bütün dövrlərdə xalqın maraqlarını müdafiə edən dövlətlə öz dövlətinin yanında olan xalq arasında sarsılmaz birliyin ən güclü və həlledici amil olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

İlham Əhmədov,

YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Yanvar 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri