Icma.az
close
up
RU
Saşa İliç: Bəzi oyunçular bunu dərk etmədi

Saşa İliç: Bəzi oyunçular bunu dərk etmədi

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasının I turunun "Sumqayıt" – "Kəpəz" oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– İlk ev oyununda qələbə qazandığımız üçün sevincliyik. İlk hissədə yaxşı oynadıq, amma fasilədən sonra problemlər oldu.

– Hücum futbolu oynadınız. Bu fəlsəfəni davam etdirəcəksiniz?


– Hər oyunda belə olmasını istərdim. Amma reallıq var. "Qarabağ", "Neftçi" kimi komandalara qarşı belə oynaya bilmərik. Belə oynasaq, bizi cəzalandırarlar. Bugünkü matçda ikinci hissədə problemlər yaşadıq. Bunları nəzərə alıb, məşqlərdə aradan qaldırmağa çalışacağıq.

– İkinci hissədə rahatlıq yaxşı oyuna əngəl oldu, ya fiziki çatdırmadınız?


– Fiziki problem olduğuna inanmıram. Çünki bir neçə əvəzetmə etdik və yeni oyunçular qoşuldu. Fərdi səhvlər var idi. Bəzi oyunçular səhv etdi. 3:0 olanda daha rahat, sadə oynamalısan. Bəzi oyunçular bunu dərk etmədi. Bəziləri fərdi mübarizələrdə səhvlər etdi, iki sarı vərəqə aldıq.

– Sonradan meydana daxil olan oyunçuların yaxşı qoşulmamasının təsiri oldu?


– Problem səhvlərdə idi. Bəzi oyunçulara vaxt lazımdır. Futbolçuları yoxlamaq üçün əvəzetmələr edirik. Əsas problem sadə oynamamağımız idi. Oyunçular riskli duellərə girdi.

– Növbəti tur "Qarabağ"la oynayacaqsınız. Onlar da sizdən öncə Macarıstanda "Ferentsvaroş"la qarşılaşacaqlar. Bu, sizin üçün üstünlükdür?


– "Qarabağ" Azərbaycanın ən güclü komandadır. Onların oyunlarını daim izləmişəm. "Ferentsvaroş"la oyun onlarçün çətin olacaq. Amma bunun bizə hansı üstünlüyü qazandıracağını bilmirəm. Oyuna taktiki fikir verməliyik. Bugünkü kimi səhvlər etsək, bizimçün yaxşı bitməyəcək.

– Burda olduğunuz müddətdə azərbaycanlı futbolçuların mentalitetini dəyişə bilmişiniz? Ayxan Süleymanlı hücumun gedişində arxaya oynadı, iki dəfə səhv etdi və sonra onu əvəzlədiniz…


– Ayxanı bəyənirəm. Azərbaycanın U-21 yığmasının üzvüdür. İkinci hissədə bəzi səhvlər etdi. Onunla söhbətim oldu. Gələcəkdə çox oynamaq istəyirsə, bu səhvləri etməməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://sport24.az
archiveBu xəbər 17 Avqust 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri