Icma.az
close
up
RU
Diqqət! İndidən satışa çıxarılan qarpızlar təhlükəlidir AÇIQLAMA

Diqqət! İndidən satışa çıxarılan qarpızlar təhlükəlidir AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bazarlarda və marketlərdə yay mövsümünün əsas meyvələrindən sayılan qarpız artıq satışa çıxarılıb. Üstəlik, əvvəlki illərlə müqayisədə qiymətinin də nisbətən münasib olması alıcı marağını artırır. Buna baxmayaraq, bir çox insan mövsümündən əvvəl yetişdirilən meyvələrin, xüsusilə də qarpızın sağlamlıq üçün risk yaradıb-yaratmadığını düşünür. Bəziləri “mövsümündə yeyilməlidir” deyərək ehtiyat edir, digərləri isə dadına və qiymətinə görə almağa üstünlük verir.
Maraqlıdır, mövsümündən əvvəl satışa çıxarılan qarpız və digər meyvə-tərəvəzləri istehlak etmək nə dərəcədə təhlükəsizdir?
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu barədə Demokrat.az-a açıqlamasında deyib ki, mövsümündə olmayan meyvə və tərəvəzləri yetişdirmək, onların daha sürətli böyüməsini təmin etmək üçün bəzən müxtəlif gübrələrdən və kimyəvi maddələrdən istifadə olunur:
“Əgər bu maddələrdən normadan artıq istifadə edilərsə, xüsusilə də nitrat tərkibli gübrələr tətbiq olunarsa, həmin məhsulların tərkibində nitrat səviyyəsi həddindən artıq yüksəlir. Bu isə insan sağlamlığı üçün müxtəlif fəsadlara səbəb ola bilər. Burada əsas risk qrupuna uşaqlar, yaşlı insanlar, xroniki xəstəlikləri olan şəxslər, həmçinin hamilə və süd verən qadınlar daxildir. Belə kimyəvi maddələr bir çox hallarda qida zəhərlənməsi, ürəkbulanma, halsızlıq, baş ağrısı, maddələr mübadiləsinin pozulması və mədə-bağırsaq problemlərinə gətirib çıxara bilər. Ona görə də istixana şəraitində nəzarətsiz yetişdirilən və ya mənşəyi məlum olmayan, mövsümündən əvvəl satışa çıxarılan meyvə-tərəvəzləri alarkən diqqətli olmaq lazımdır. Əgər məhsul həddindən artıq parlaq və qeyri-təbii görünürsə, özünəməxsus qoxusu yoxdursa, məsələn qırmızı olmalı olduğu halda içərisi açıq rənglidirsə və ya sarımtıl damarlar görünürsə, bu, məhsulun tərkibində nitratın çox olmasının göstəricisi ola bilər”.
O bildirib ki, belə məhsullardan istifadə etmək tövsiyə olunmur:
“Eyni zamanda məhsulun satıldığı yerdə sanitar-gigiyena qaydalarına əməl olunmasına diqqət edilməlidir. Çünki bəzi hallarda bu məhsullar doğranaraq satışa çıxarılır və istifadə olunan bıçaq, yaxud doğrama səthi təmiz olmadıqda çarpaz çirklənmə baş verə bilər. Bu da müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Əgər meyvə və tərəvəzin tərkibindəki vitamin və minerallardan maksimum faydalanmaq istəyiriksə, daha çox yerli və mövsümündə olan məhsullara üstünlük vermək lazımdır. Bu həm sağlamlıq üçün daha faydalıdır, həm də orqanizmin kimyəvi maddələrlə yüklənməsinin qarşısını alır. İmmunitet sistemi güclü olan insanlarda belə dərhal zəhərlənmə baş verməsə də, zamanla müxtəlif fəsadlar yarana bilər. Buna görə də yerli və mövsümi meyvə-tərəvəzlərin istehlakı daha məqsədəuyğundur”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 May 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri