Icma.az
close
up
RU
Savadlı adamlar niyə qorxuludur? Yalçın İslamzadə

Savadlı adamlar niyə qorxuludur? Yalçın İslamzadə

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Elmi müəssisələrin birində işləyən alim rəhmətə gedib. Kollektivdə bəzi şəxslər tərəfindən o qədər də sevilmirdi. Gənc alimlər də onunla işləməyə həvəsli deyildilər. Səbəbini müəssisənin işçilərinin birindən soruşmuşdum. Demişdi ki, o müəllim çox tələbkardır, gənc alimlərə çox suallar verir, istəyir ki, mövzularını dərindən öyrənsinlər. Bu da bəzi elmi rəhbərlərin xoşuna gəlmir. Gənc kadrlar da onunla işləmirlər ki, kollektivin digər üzvləriylə problem yaşamasınlar.

Mentalitetin şərq bazarına çevirdiyi, guya əsas kriteriyanın obyektivlik olduğu müəssisədə vəziyyət.

Müdafiəyə hazırlaşan bir tanışa demişdilər ki, sənin elmi işinin səviyyəsi məni qətiyyən maraqlandırmır. Bilməmiş olmazsan, opponentin haqqı 100 dollardır.

İlk iş yerlərinin birində depoya enən liftin ciddi şəkildə nasaz olduğundna şübhələnib (mexaniki gərgiliyə dair sənədli filmə baxandan sonra) müdirə demişdim ki, şirkətdən usta çağıraq baxsın hər ehtimala qarşı. Demişdi ki, işə girdiyin bir həftə deyil, indidən nəhs gətirirsən.

Bir həftə sonra liftin trosu qopdu, yerə çırpıldı. Liftlə aşağı enən anbardarın iki ayağı da sındı. Maaşı verildi, müalicəsi qarşılandı, ancaq anbarda sağalana qədər aylarla yeriyə bilmədi.

Müdir haqqında isə xoş sözlər dedilər, maaşını verib müalicəsini ödədiyinə görə.

Kiçik bir tədbir bu qədər zərərin qarşısını ala bilərdi.

Dünən məhlədə bir anda gərginlik yarandı, səs-küy düşdü, həyət qapılarında insanlar toplaşıb həyəcan keçirdilər.

Üç-beş qadın da təlaşla ora-bura qaçdı. Balaca bir uşağın əli dəmir qapının arasında qalmışdı. Çığırtısı aləmi götürmüşdü. Polisə, təcili yardıma zəng ediblər, Fövqəladə Hallar nazirliyinə zəng etmək ağıllarına gəlməyib.

Yaxınlıqda ev tikintisində işləyən ustalar dəmiri kəsib, uşağın əlini çıxardılar.

Nəsə elə gəlir ki, obyektivliyin keşiyində durmalı olan qurumlar bazar prinsipi ilə işləyəndə sadə vətəndaşlar da konkret fiziki zərərlərlə üzləşirlər.

Yəni məsələ, məsum "çax-çux" məsələsi olmaqdan çıxır, cəmiyyətə zərər verir. Ancaq aradakı əlaqə qurulmur.

"Qismət" zənn edib, qurban deyirlər.

Plagiat qalmaqalı böyüyür - Akunin təzminat ödəyəcək? Akademik Milli Dram Teatrında “Baş” tamaşasının premyerası olacaq Həkimlərin oxumağı qadağan etdiyi, "Laçınım mənim"lə dəfn olunan Məhəbbət Kazımov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 İyul 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri