Icma.az
close
up
RU
Savaşdan betər sülh: atəşkəs budurmu?!

Savaşdan betər sülh: atəşkəs budurmu?!

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Anar Natiqoğlu: “Putinin məqsədi bir xalqın genefondunu, gələcəyini məhv etməkdir”

Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu AYNA.AZ-a müsahibəsində yaşadığı ölkədə davam edən müharibə, mövcud reallıqlar, dövlətin və cəmiyyətin işğalçıya qarşı dirəniş imkanları, eləcə də gözləntilər barədə danışıb. Beləliklə:

- Hazırda Ukraynada vəziyyət nə yerdədir?

- Vəziyyət stabil ağır olaraq qalır. Artıq savaş dördüncü ilə keçib. Cəmiyyətin böyük əksəriyyəti həm həyatı üçün, həm də dolanışıq üçün mübarizə aparır.

- Zelenskinin Ağ Evdə aşağılayıcı münasibətə məruz qalması, ardından birtərəfli qaydada atəşkəsə razılıq xəbərinin yayılmasından sonra Ukraynada hansı əhval-ruhiyyə hökm sürür?

- Zelenskinin Donald Trampla Ağ Evdəki mübahisəsi artıq gündəm deyil. Mən ilk gündən Zelenskinin davranışına haqq qazandırmışdım. İlk günlər fikir ayrılıqları olsa da, artıq böyük əksəriyyət Trampın sonrakı davranışları, addımları fonunda, Ukrayna liderinin düzgün davrandığı qənaətindədir.

- Tramp Ukraynadakı müharibəni, bütün siyasi çəkişmələri ticarətin “quyruğuna bağlamağa” çalışır və həm öz ölkəsinə, həm də müharibə tərəflərinə ticari dividend vəd edir. Ukrayna cəmiyyəti ABŞ Prezidentinin vədlərinə inanırmı?

- Zatən həmin görüşdən əvvəl və sonra həm Tramp administrasiyasının, həm də Ukraynanın qarşılıqlı gözləntiləri doğrulmadı. Amerikalılar Ukrayna rəhbərinin və xalqın əzmini düz hesablamadan, “köməyə möhtac olduqları üçün nə desək, boyun əyəcək, tabe olacaq” ritorikası ilə yanaşdılar. Ukrayna isə müttəfiq dövlətdən Rusiya əleyhinə daha kəskin bəyanat və dəstək gözlədiyi halda, bunun əksi ilə üzləşdi. Onsuz da Putin Rusiyası hər zaman “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibədən məqsədinə nail olmadan ən çəkməyəcəyini bildirir. Bu isə Ukraynanın ən azı 4-5 vilayətinin işğalı, ölkə ordusunun ləğv olunması, hakimiyyətə özlərinə yaxın qüvvələrin gəlməsi və s. deməkdir. Putin Ukrayna dövlətini və milli kimliyini məhv etmək istəyir. Son günlərdə təkcə Krivoy Roqa atılan raket zərbələri nəticəsində 3-17 yaşlı 9 uşaq həlak olub. Bu bir xalqın genefondunu, gələcəyini məhv etmək hədəfidir.

- Həm sülh danışıqları, həm də Ukrayna ərazilərinin raketlərlə bombalanması... Yaşadığınız ölkədə nə düşünürlər: atəşkəs budurmu, sülh beləmi təmin olunacaq?

- Ukrayna dövləti və xalqı nə qədər çətin olsa da, heç zaman imperiya boyunduruguna girməyəcək. Artıq Ukrayna tərəfi Amerikanın bu ölkədəki səfirindən də soruşur: atəşkəs budurmu? Trampın dini işlər üzrə köməkçisi son terroru pisləyən bəyanat verib.

- Vahid Avropa Ordusunun yaradılması, işğalçıya qarşı Amerikasız mübarizə fikri ətrafında qızğın müzakirələr gedir. ABŞ əlini çəkərsə, Avropa Ukraynanı Rusiyada qoruya bilərmi?

- Təəssüflər olsun ki, bu geopolitik məkanda Macarıstan və Serbiya kimi, Ukraynaya dəstək fonunda ümumi ahəngi pozan ölkələr, rəhbərlər, siyasi qüvvələr var. Yenə də Avropa öz təhlükəsizliyi naminə Ukraynaya dəstəyi davam etdirir.

- Və Türkiyə faktoru var. İstanbul danışıqlarını, “Taxıl sazişi”ni xatırlasaq, Ankaranın dəstəyinə, ümidverici roluna yenidən müraciət edilməsi mümkündürmü?

- Təəssüf ki, Türkiyənin başı daxili problemlərə qarışdığı üçün hazırda ümumi proseslərdən kənarda qalmış kimi görünür. Amma “Taxıl dəhlizi” anlaşması ilə bağlı danışıqlar gedir. Çünki Rusiyanın özünə də bu dəhliz lazımdır. Təbii ki, işğalçı tərəf bu mövzuda da absurd şərtlər irəli sürür, lakin Ukrayna tərəfi öncəki illərdən dərs çıxararaq buna getməyəcək. Məhz dəhliz söhbəti yeni başlayanda ruslar təzyiq vasitəsi kimi limanda dayanan gəmini vurub 10 nəfəri qətlə yetirdilər.

Bütün bunlar onu göstərir ki, Putin və komandasının ipinin üstünə odun yığmaq olmaz. Zatən Ukrayna ictimaiyyətində belə bir fikir var ki, ruslar indiki şərtlərdə atəşkəsə riayət etsələr də, Ukrayna ilə bağlı qarşılarına qoyduqları əsas məqsədlərə çatana qədər isğalçılıq siyasətindən əl çəkməyəcək və münaqişə yenə də qızışacaq. El dili ilə desək, bu xəmir çox su aparacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Aprel 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri