Icma.az
close
up
RU
Rusiyada savaşdan qayıdanlarla bağlı ŞOK

Rusiyada savaşdan qayıdanlarla bağlı ŞOK

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada zorakılıqla müşayiət olunan xuliqanlıq halları kəskin şəkildə artıb.

Tribunainfo.az xəbər verir ki, 2025-ci ilin ilk yarısına dair məhkəmə statistikasının təhlilinə əsasən, bu, son illərdə real həbs cəzası ilə nəticələnən ən sürətlə artan cinayət kateqoriyalarından birinə çevrilib.

Qeyd edək ki, Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi xuliqanlığı ictimai asayişin zorakılıq, silah tətbiqi və ya nifrət motivi ilə kobud şəkildə pozulması kimi müəyyən edir. Bu maddə “inzibati” xuliqanlıqdan (ədəbsiz ifadələr, əmlaka zərər vurma və s.) fərqli olaraq, cinayət məsuliyyəti nəzərdə tutur. 2020-ci ildə Dövlət Duması cəzanı sərtləşdirmişdi: cərimə 500 min rubldan 1 milyon rubla, azadlıqdan məhrumetmə müddəti isə 5 ildən 7 ilə qədər artırılıb.

Əgər 2023-cü ildə xuliqanlıqla bağlı 468, 2024-cü ildə 425 hökm çıxarılmışdısa, 2025-ci ildə bu rəqəm 767-yə yüksəlib – yəni əvvəlki ilə nisbətən 80,5% artım qeydə alınıb.

Bu il 213-cü maddə üzrə 234 nəfər məhkum olunub: onlardan 15-i maddənin birinci hissəsi (təkbaşına törədilmiş xuliqanlıq), 217-si isə daha ağır sayılan ikinci hissə (qrup halında törədilmiş xuliqanlıq) üzrə məsuliyyətə cəlb edilib. 11 nəfər 1 ilə qədər, 173 nəfər 2–3 il, 33 nəfər isə 3–5 il həbs cəzası alıb.

Ümumi cərimələrin məbləği 13,6 milyon rubldan çoxdur. Şərti hökmlərin sayı da artıb: 2024-cü ildə 189 nəfərə qarşı bu il artıq 330 nəfər şərti cəza alıb.

İki rezonans doğuran hadisə

Moskva: Sentyabrda Savyolovski məhkəməsi Çeçenistandan olan 14 yaşlı Muslim Murdiyevi qrup halında törədilmiş xuliqanlığa görə 2 il azadlıqdan məhrum etdi. Onu açıq şəkildə Çeçenistan rəhbəri Ramzan Kadırov müdafiə etmiş və Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə daxili işlər naziri Vladimir Kolokoltsevi “öz yerində oturmamaqda” ittiham etmişdi. Lakin İstintaq Komitəsi Murdiyevin ticarət mərkəzlərində döyüşlər saldığı və təsadüfi insanlara hücum etdiyi videoları yayaraq, ittihamları təsdiqləmişdi. Kadırovun “onun başına heç nə gəlməyəcək” vədi reallaşmayıb.

Çelyabinsk vilayəti: Oktyabrda hərbi kontrakt əsasında “Xüsusi Hərbi Əməliyyat”da (XHƏ) iştirak etmiş Sergey Vixarov barmaqlıqlar arxasına göndərildi. Cəbhədən qayıtdıqdan sonra barlardan birinə AK-74 avtomatı ilə gələrək havaya 36 atəş açmış, ziyarətçiləri qorxutmuşdu. Daha sonra silahı hissələrə ayıraraq gizlətmişdi, lakin məhkəmə onu qanunsuz silah saxlama və xuliqanlıqda təqsirli bilərək 3 il yarım həbs cəzasına məhkum edib.

Yerli ekspert Polina Qrundmane isə bu artımı “cəzasızlıq effekti” ilə izah edir: “Cəbhədən qayıdanlar üçün bu, bir növ sərhədsiz azadlıq hissinə çevrilib – “mənə hər şey olar” düşüncəsi ilə davranırlar”.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri