Icma.az
close
up
RU
Savaşların kölgəsində sülhün ünvanı: Bakı diplomatiya paytaxtına çevrilir

Savaşların kölgəsində sülhün ünvanı: Bakı diplomatiya paytaxtına çevrilir

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İsraillə Suriya sülh dilini axtarmağa çalışırlar. Axtarışın ünvanı isə Bakı ola bilər.

Bakıvaxtı.az "Sky News Arabia"ya istinadla xəbər verir ki, sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələri təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bir araya gələcəklər. 

İsrail və Suriya kimi uzun illərdir düşmən mövqeyində olan dövlətlərin nümayəndələrinin məhz Bakıda müzakirələr aparması Azərbaycanın regional diplomatiyasına, beynəlxalq imicinə və təhlükəsizlik siyasətinə hansı strateji əhəmiyyət qazandırır? Bu ev sahibliyi Azərbaycanın “sülh paytaxtı” obrazını daha da gücləndirirmi, yoxsa bu proseslərin arxasında daha dərin geosiyasi niyyətlər dayanır?

Mövzunu Bakıvaxtı.az-a şərh edən ictimai-siyasi xadim, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, Bakıda belə hadisələrin baş verməsi yeni deyil və şəhər artıq özünü regionda dialoq mərkəzi kimi təsdiqləyib:

“Bakıda birinci belə hadisə deyil. Bakı bir çox qonşu ölkələr arasında münaqişələrin yumşalması üçün əlindən gələni edib. Bakının atdığı addımlar konflikt vəziyyətində olan dövlətlər üçün cazibə mərkəzinə çevirib”.

Onun sözlərinə görə, Azərbaycan bu rolu təkcə İsrail–Suriya məsələsində deyil, digər proseslərdə də göstərib:

“Təxminən buna proses həm də Türkiyə ilə Rusiya-Ukrayna arasında hiss edilib. Nümayəndələrin dəfələrlə görüşməsi bunun sübutudur. Dövlət başçılarının gələcək dialoqunun keçirilməsi üçün İstanbulun da yer tutması, bəzən Bakının da adının çəkilməsi türk dövlətlərinin sülhpərvər və dost mövqeyi tutması ilə bağlıdır. Biz qonşular arasında müharibə istəmirik. Bu birinci amildir”.

Sabir Rüstəmxanlı əlavə edib ki, Azərbaycanın Suriyadakı dəyişikliklərdən sonra göstərdiyi xoş münasibət iki ölkə əlaqələrinə yeni nəfəs gətirib:

“Azərbaycanın Suriyadakı dəyişikliklərdən sonra onlara xoş münasibəti, enerji təminatına yardımı, səfirliyin açılması Suriya ilə münasibətləri yeni bir məcraya salır”.

Müsahibimiz həmçinin İsraillə münasibətlərin tarixi və strateji xarakter daşıdığını diqqətə çatdırıb:

“İsraillə də bizim ənənəvi dostluq münasibətlərimiz var. Bunun çox qədim tarixi mövcuddur. Buna İslam ölkələrinin təəccüblə baxmasına əsas da yoxdur. Bəzi islam ölkələri onları pisləsə də, İsraillə münasibətləri qoruyurlar”.

Sabir Rüstəmxanlı: Çalışmaq lazımdır ki, islam ölkələrində terrorçu təşkilatlar yuva qurmasın

O, proseslərdə günahkar axtarmağın əvəzinə, terrorun qarşısının alınmasının vacibliyini qeyd edib:

“Çalışmaq lazımdır ki, islam ölkələrində terrorçu təşkilatlar yuva qurmasın. Ərəb ölkələrinin birində də erməni terror ocağı olub, ASALA-ya ‘qol-qanad’ verilib. İkili siyasət aparan islam ölkələrinin Azərbaycan–İsrail münasibətlərinə dodaq büzməsi yanlışdır”.

Rüstəmxanlı vurğulayıb ki, Azərbaycan müstəqil siyasət aparır və bu istiqamətdə atdığı addımlar beynəlxalq dialoq mühitinə töhfə verir:

“Azərbaycan müstəqil ölkədir, biz müstəqil münasibət qururuq. Dünyada bir tərəfdən dinlərarası, bir tərəfdən isə mədəniyyətlərarası dialoqlardan söhbət gedir. Azərbaycanın addımlarına kölgə salmaq istəyənlər yanılırlar. Təki bu dialoqun xeyirli nəticəsi olsun, ölkəmizin region siyasəti davam etsin”.

Sonda həmsöhbətimiz Azərbaycanın müharibələrdən, işğaldan və böhtanlardan çox əziyyət çəkmiş bir ölkə olduğunu xatırladaraq deyib:

“Azərbaycan müharibənin də, işğalın da, böhtanların da qarşısındadır, biz çox acılar çəkmişik”.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Sentyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see225

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see212

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see202

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see202

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see176

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see172

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see159

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see154

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see143

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see142

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see142

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see139

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri