Icma.az
close
up
RU
Xankəndi diplomatiya mərkəzinə çevrilir

Xankəndi diplomatiya mərkəzinə çevrilir

Icma.az, Bizim media saytına istinadən bildirir.

"Azərbaycan heç zaman işğalla barışmadı. Ölkəmiz beynəlxalq təşkilatlardan ərazi bütövlüyümüzün təmin olunmasında yardımçı olmalarını tələb edirdi".
Bizim.Media xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O bildirib ki, zaman-zaman beynəlxalq təşkilatlar müəyyən addımlar atsalar da, nəticəsi olmayıb:
"İşğal dövründə ATƏT-in Minsk qrupu yaradıldı. Lakin heç bir işə yaramadılar. Azərbaycan BMT-nin nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü təmin etdi. 44 günlük Vətən müharibəsindən sonra Minsk qrupunun nümayəndələri Azərbaycana gələrək yenidən vasitəçi rolunu oynamaq təklifini etsələr də, Prezident İlham Əliyev buna ehtiyacımızın olmadığını dedi.
 

Onlar fəaliyyətdə olduqları dövrlərdə belə ara-sıra bölgəyə səfər edir, bəzi hallarda isə Azərbaycan və Ermənistanın görüşünü təşkil edirdilər. Yeganə fəaliyyətləri bu idi. Ermənistana qarşı sanksiya tətbiq etmədilər. İşğal edən və işğal ediləni eyni tərəziyə qoyurdular.


Lakin ötən il hər iki ölkənin xarici işlər nazirinin ATƏT-ə birgə müraciəti nəticəsində təşkilatın fəaliyyətinə son verildi. Torpaqlarımızın işğaldan azad edilməsi regionda yeni geosiyasi reallıq yaratdı. Beynəlxalq təşkilatlar, birliklər, hətta Azərbaycanla təzyiq dili ilə danışanlar yeni reallıqları qəbul etmək məcburiyyətində qaldılar".
A.Mirzəzadə vurğulayıb ki, ərazi bütövlüyümüz təmin olunduqdan sonra Azərbaycan və Ermənistan münasibətlərini vasitəçisiz inkişaf etdirirlər:
"Artıq hər iki tərəfin nümayəndələri bir-birilərinin ölkələrinə səfərlər edirlər. Azərbaycan tərəfi bəyan edib ki, Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra paraflanmış sülh sazişi imzalanacaq.
 

İkitərəfli münasibətlər inkişaf edir, Azərbaycan Ermənistan üçün tranzit rolunu oynayır və neft məhsulları göndərir. Xaricdən müəyyən qüvvələr bu münasibətləri pozmağa çalışsalar da, alınmır. Azərbaycan yeni reallıqlar yaradıb. Bunun səbəbkarı isə Azərbaycan Prezidenti İlham Əliyevdir. O, xalqın dəstəyinə arxalandı, müharibədə qələbə qazandıq.


İndi isə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri aparılır. Rayonlar, şəhərlər yenidən qurulur. Şuşada beynəlxalq səviyyəli tədbirlər keçirilir. Xankəndi beynəlxalq diplomatiyanın paytaxtına çevrilir".
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 May 2026 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri