SAXAL dan Qəzzaya zərbə: HƏMAS ın iki üzvü öldü
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağına endirdiyi zərbə nəticəsində HƏMAS-ın silah istehsalına cavabdeh şəxslərindən birini və təşkilatın "Nuhba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirdiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bəyanata əsasən, Qəzzanın şimalına endirilən zərbə nəticəsində HƏMAS-ın silah istehsalı şöbəsinin rəhbəri Fares Əl-Masri öldürülüb. Bildirilir ki, o, atəşkəs razılaşmasını pozaraq HƏMAS-ın hərbi potensialını bərpa etmək məqsədilə silah istehsalını təşkil edirdi.
Bundan əlavə, HƏMAS-ın "Nuhba" xüsusi təyinatlı dəstəsinin üzvü Məhəmməd Əbu Şakanın da məhv edildiyi qeyd olunub.
SAXAL-ın məlumatına görə, öldürülən şəxslər son aylarda İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücum planlarının hazırlanmasında iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 26 İyul 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















