SAXAL Qəzzada HƏMAS ın iki nümayəndəsini zərərsizləşdirib
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında HƏMAS hərəkatının iki nümayəndəsinin zərərsizləşdirildiyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə SAXAL-ın "Telegram" kanalındakı məlumatda bildirilir.
"Keçən həftə Qəzza zolağına endirilən dəqiq zərbə nəticəsində İsrail Müdafiə Ordusu HƏMAS və "İslam Cihadı" terror təşkilatlarının hərbi qanadlarının üzvləri olan Hüseyn Kadra və Məhəmməd Farrunu zərərsizləşdirib", - deyə məlumatda vurğulanır.
SAXAL-ın məlumatına görə, Kadra və Farru HƏMAS tərəfindən idarə olunan və Qəzza zolağına vəsaitlərin köçürülməsinə cavabdeh olan maliyyə şəbəkəsi daxilində fəaliyyət göstəriblər.
"Şəbəkəyə rəhbərlik edən Kadra Farru və digər iştirakçılarla birlikdə HƏMAS rəhbərliyinin göstərişi ilə HƏMAS-ın hərbi qanadının ehtiyacları üçün yarım milyard şekeldən (təxminən 135 milyon dollar) çox vəsaitin köçürülməsinə şərait yaradıblar", - deyə məlumatda qeyd olunub.
Qeyd olunur ki, HƏMAS bu vəsaitlər hesabına, xüsusən də son aylarda öz terrorçularına maaş ödəməyə və SAXAL bölmələrinə, eləcə də İsrail vətəndaşlarına qarşı terror aktlarını maliyyələşdirməyə davam edib ki, bu da atəşkəs sazişinin pozulması deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 21 İyun 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















