Icma.az
close
up
RU
Saxta dietoloqlar meydan sulayır Deputat onları da yoxlamağa ÇAĞIRDI

Saxta dietoloqlar meydan sulayır Deputat onları da yoxlamağa ÇAĞIRDI

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkədə saxta plastik cərrahlara qarşı cinayət işinin açılması prosesi hələ də davam edir. Onlarla insanın ölümünə səbəb olan bu şəxslərlə yanaşı, sertifkat alaraq ölkədə dietologiya sahəsi üzrə fəaliyyət göstərən və insanların sağlamlığına ciddi zərər vuran şəxslərin də sayı az deyil. 

Arıqlamaq və ya çəki artırmaq istəyən şəxslərlə yanaşı, hamiləlik və südvermə dövründə olan qadınlar, xroniki xəstəliklər, qidalanma pozğunluğu, allergiya və ya qida intoleransı olan şəxslər, müxtəlif xəstəlik daşıyıcıları və pəhriz qidaları ilə qidalanması lazım olan yaşlı insanlar da dietoloqlara müraciət edir. Bu da onu deməyə əsas verir ki, dietologiya sahəsi də həssas və çoxşaxəlidir. Elmi əsaslarını bilmədən, dietologiya üzrə ali təhsil almadan bu sahədə çalışmaq isə yetəri qədər təhlükə doğurur. 

Onu da qeyd edək ki, hazırda Azərbaycanda dietologiya sahəsində oxuyan tələbə yoxdur. Belə ki, Azərbaycan Tibb Universitetində dietologiya ixtisası yoxdur. Sözügedən universitetdə 2025-ci ildən dietologiya və qidalanma ixtisası açılacaq. Bəs illərdir ölkədə fəaliyyət göstərən, dövlət və özəl klinikalarla yanaşı, sosial media vasitəsi ilə fəaliyyət göstərən dietoloqlara nə dərəcədə güvənmək olar?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, son zamanlar ölkəmizdə tibb sahəsində boşluqlar və nəzarətin az olması ictimai narazılıq yaradıb:

“Əlbətə ki, bu vəziyyət sadəcə plastik cərrahlarla məhdudlaşmır, dietologiya sahəsində də eyni vəziyyətin, bənzər problemlərin olduğunu deyə bilərəm. Sahəsi olmasa da, müvafiq tibb və ya dietologiya üzrə ali təhsil sistemindən keçmədən, sadəcə almış olduğu bilgilərlə bu sahə üzrə fəaliyyət göstərənlərin də aidiyyəti orqanlar tərəfindən ciddi nəzarətə alınmasına ehtiyac var. Çünki bu fəaliyyət birbaşa sağlamlıq üçün təhlükəlidir. Elmi əsaslara söykənməyən dietoloq məsləhətləri, yanlış qidalanmadan tutmuş, maddələr mübadiləsində bir sıra problemlər, eyni zamanda müxtəlif xəstəliklərin yaranmasına şərait yarada, orqan çatışmazlığına və hətta həyati təhlükələrə səbəb ola bilər. Bu prosesin psixoloji təsirləri də var, belə ki, dietoloqlar insanlara inam verir, buna qarşılıq almayınca, ciddi şəkildə cəmiyyət və bu məsləhətləri alan insanlar üzərində mənfi təsirlər olur. Unutmamalıyıq ki, cəmiyyətdə bilmədən, heç bir əsaslı məsuliyyət daşımadan, insanların çarəsizlik və komplekslərindən faydalanan çox sayda insan var. Ona görə də, cəmiyyət içərisində bu cür insanlarla qarşılaşmaq riski çox böyükdür. Bununla əlaqədar təhsil, yerli və beynəlxalq səviyyədə sertifkatlara sahib olmaq, kliniki-dietologiya sahəsində mütləq şəkildə təcrübə, eləcə də insan anatomiyasından tutmuş fiziologiyası, qidalanma elmi və metobalistik proseslər üzrə biliklərə malik olmaq vacib məsələdir”.

Komitə sədrinin müavini söyləyib ki, bu gün otaqlarda asılan bir çox sənəd və sertifkatlar ölkə daxilində və xaricində yaradılmış ictimai birliklər, yaxud hansısa təməl təhsil potensialı olmayan təşkilatlar tərəfindən verilir:

“Bunların mütləq yoxlanılması lazımdır. Problemlərin qarşısını almaq üçün hüquqi nəzarət, ictimai maarifləndirmə olmalıdır. Əhalini sosial media hesabı ilə insanların sertifkat və sənədlərini yoxlamağa təşviq etmək, alınan sertifkatların doğruluğunu yoxlama üçün ayrıca mexanizm yaratmaq lazımdır. Nə qədər mürəkkəb iş olsa da, dövlət və ya agentliklər tərəfindən peşəkar sertifkat sistemi yaradılmalıdır. Eləcə də media platformalarında nəzarət mütləqdir. Saxta cərrahlar da, dietoloqlar da məhz mediada- televiziya proqramlarında tanıdılır, ictimaiyyətə qəbul etdirilir, amma bunlara qarşı ciddi nəzarət mexanizmi hələ ki yoxdur. Olmadıqca da,  bu cür problemlərlə qarşılaşmaq qaçılmaz olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri