Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Saxta ehtiyat hissələri qəzalara və ölümə səbəb olur ELDƏNİZ CƏFƏR VİDEO

Saxta ehtiyat hissələri qəzalara və ölümə səbəb olur ELDƏNİZ CƏFƏR VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün ölkə ərazisində baş verən bir sıra qəzaların səbəbi kimi sürücülərin müxtəlif maneələrə reaksiyası göstərilir. Sürücülər isə yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün kifayət qədər diqqətli olduqlarını, buna baxmayaraq, bəzi qəzaların qaçınılmazlığını bildirir.

Avtosfer.az xəbər verir ki, mütəxəssislər baş verən qəzalarda avtomobilin idarəçisi ilə yanaşı, onun konstruksiyalarının da “danılmaz əməyi” olduğunu qeyd edir. Azərbaycanın ehtiyat hissələri bazarı hələ müstəqillikdən əvvəl formalaşsa da, rəsmi dilerlərin ölkəmizdə fəaliyyəti yalnız müstəqilliyin bərpasından sonra mümkün olub. Elə buna görə də, ehtiyat hissələri bazarındakı pərakəndəliyin qarşısını bu gün almaq çox çətin prosesə çevrilib.

Sovet istehsalı avtomobillərin ehtiyat hissələrinin saxtalaşdırılması çox da diqqət mərkəzində olmayıb. Bunun səbəbi isə həmin avtomobillərin yalnız bir neçə ölkədə istifadəsi ilə əlaqədar idi. Lakin kapitalizmə keçid yeni nəsil avtomobillərin istehsalı, eləcə də yeni ehtiyat hissələri bazarının formalaşması demək idi. Müstəqilliyin ilk illərində bazara xüsusi nəzarətin edilməməsi, bəzi işbazların isə orijinal ehtiyat hissəsinin bənzərini, hətta ştrix-kodlu saxta məhsulu ölkəmizə gətirməyə marağı sürücülərin bəlasına çevrildi.

Mövzudan daha detallı xəbərdar olmaq üçün suallarımızı “Toyota Bakı Mərkəzi”nin nümayəndəsi Eldəniz Cəfərə ünvanladıq:

- Eldəniz bəy, Azərbaycanda bazara “Toyota” adı altında saxta məhsullar çıxarılır. “Toyota” istifadəçiləri indiyə kimi hansı müraciətlərlə servisə müraciət edib?

- Saxta ehtiyat hissələri problemi bütün dünyanı bürüyən qlobal məsələdir və bu problem təəssüf ki, Azərbaycandan da yan keçməyib. Sürücülərimiz saxta ehtiyat hissələrinin yaratdığı fəsadlardan əziyyət çəkir. Bir sıra avtomobil istehsalçıları, rəsmi dilerlər bununla bağlı öz şikayətlərini ünvanlayırlar. Bu markalar arasında saxta ehtiyat hissələrindən ən çox əziyyət çəkən şirkətlərdən biri də “Toyota”dır. Bu şirkət çox tanınan olduğuna və avtombobillərinə kütləvi tələbat yarandığına görə saxta ehtiyat hissələri istehsal edən qruplar məhz “Toyota”nı hədəf alır, saxta ehtiyat hissələri hazırlayıb müxtəlif ölkələrin bazarlarına çıxarırlar.

Saxta ehtiyat hissələri ilə mübarizə aparmaq hər zaman mümkündür. Orijinal və saxta ehtiyat hissələrini fərqləndirə bilmək üçün sürücülərə bir neçə üsul bildirəcəm:

Mağazaya ehtiyat hissəsi almağa gedərkən sizə təqdim edilən məhsulun əvvəlcə qablaşdırmasına diqqət etməlisiniz. Bir çox hallarda saxta ehtiyat hissələri qablaşdırılmamış formada satılır. Bunun səbəbi isə qablaşdırmanın əlavə çəki yaradaraq xaricdən daha çox məhsul gətirməyə mane olmasıdır. Digər tərəfdən, ehtiyat hissələrinin qablaşdırması üzərindəki bəzi detallara diqqət edərək məhsulun orijinal, yoxsa saxta olduğunu müəyyənləşdirmək olur. Bunun ilk yolu qablaşdırma üzərində hamımıza məlum olan ştrix-kod, ya da holoqram olmasıdır. Ştrix-koda baxmaqla məhsulun hansı ölkədə istehsal olunması, haradan gətirilməsi müəyyən edilə bilər. Bu kod 10, yaxud 12 rəqəmli olur. Digər üsul isə bütün vətəndaşlarımızın əməl etməli olduğu və hətta ehtiyat hissəsi alarkən tələb edə biləəcəkləri vasitədir. Bütün məhsulların, hətta ehtiyat hissələrinin belə uyğunluq sertifikatı var. Sürücülər ehtiyat hissəsi alarkən satıcıdan məhsulun uyğunluq sertifikatını tələb etməkdən çəkinməməlidirlər. Bu sertifikatda ehtiyat hissəsinin mənşəyi və başqa məlumatlar yer alır.

- Saxta ehtiyat hissələri - əyləc bəndləri və əyləc diskləri, yağ və yağ filtrləri avtomobil idarəçiləri üçün hansı təhlükələr yaradır?

- 2024-cü il üçün apardığımız araşdırmalara əsasən, ən çox tələb edilən ehtiyat hissələri əyləc bəndləri, əyləc diskləri, mühərrik yağı, ötürücü qutunun yağı, yanacaq filteri və şüşəsilənlərdir. Çox təəssüf ki, tələb olunan ehtiyat hissələri arasında təhlükəsizlik baxımdan əhəmiyyət kəsb edənlər də var. Əyləc bəndləri və diskləri bu qəbildəndir. Bilrisiniz ki, orijinal əyləc bəndləri avtomobilin qəfil tormozlaması zamanı tormoz məsafəsinin qısalmasına kömək edir. Saxta əyləc bəndlərinin materialı orijinaldan fərqləndiyi üçün eyni effekti almaq mümkün deyil. Həmçinin saxta əyləc bəndləri enişli-yoxuşlu yollarda bir müddət istifadədən sonra alışmaya səbəb olur. Saxta yağ və mühərrik filterləri birbaşa mühərrikin sıradan çıxaran amillərdir. Saxta yağ filterləri kənar maddələrdən mühərriki qoruya bilmir və mühərrikin daxilinə keçən maddələr həmin yağın daha tez qaralmasına gətirib çıxarır.

- ”Toyota” şirkəti saxta ehtiyat hissələrinin ölkəmizdə yayılmasına qarşı hansı mübarizə təbirləri həyata keçirir? Sürücülər daha aydın məlumatlana bilmək üçün hara müraciət etməlidir?

- Sürücülər qarşılarına çıxan, almaq istədikləri ehtiyat hissəsinin ştrix-kodunun fotosunu çəkərək rəsmi dilerlərə göstərə, məhsulun saxta, yaxud orijinal olduğunu öyrənə bilərlər. Bəzi ehtiyat hissələrinin keyfiyyətini ilk baxışdan gözəyarı müəyyənləşdirmək çox çətindir. Azərbaycanda sürücülər çox səmimi, çox tez aldanandırlar. Lakin unutmaq olmaz ki, bu gün ucuz qiymətə alınan ehtiyat hissəsinə görə sabah daha böyük məbləğlərdə xərcə düşə bilərlər.

- Bir müddət istifadə edildikdən sonra bəzi saxta ehtiyat hissələrində alışma baş verir. Ucuz, eləcə də orijinal olmayan ehtiyat hissələri alarkən sürücülər hansı məqamlarda uduzur?

- Kimsə haradasa ucuz, məsələn, 40 manata əyləc bəndi alır, düşünür ki, bununla xərcini azladır, irəli düşür. Aparıb həmin əyləc bəndini avtomobilə quraşdırır. Sonra o əyləc bəndi avtomobilin hərəkət mexanizminə, digər konstruksiyalarına elə ziyan verir ki, sürücü 400 manat, hətta daha çox zərərə uğrayır. Ehtiyat hissələri alarkən orijinallarını seçməklə nəqliyyat vasitəsinin uzunömürlülüyünü təmin etmək olar. Saxta ehtiyat hissəsi özünə bitişik, onunla əlaqəli olan digər hissələrin də sıradan çıxmasına gətirib çıxarır. Bir məsələ də var ki, rəsmi dilerlər satdıqları məhsula görə cavabdehlik daşıyırlar, zəmanət verirlər. Məhsulda hansısa problem yaranarsa, müştərilər həmin ehtiyat hissəsini dəyişdirə, geri qaytara bilərlər. Saxta ehtiyat hissəsinə görə heç kəs cavabdehlik daşımır. Belə məhsuldan istifadə nəticəsində sürücülərin ağır xəsarət alma, hətta ölüm riski də var. Məsələn, saxta əyləc bəndi quraşdırılmış avtomobillə saatda 60 kilometr-saat sürətlə hərəkət edərkən sürücü düşünür ki, qarşısına qəfl piyada çıxsa, əvvəlcədən tormoz versə, məsafə kifayət edəcək. Lakin sürücünün gözləntisinin əksinə, tormozlama məsafəsi o saxta əyləc bəndi səbəbilə uyğunlaşmır. Nəticədə də toqquşma qaçılmaz olur, ağır nəticələrə gətirib çıxarır. Bütün qeyd edilənlərlə bağlı sürücülər diqqətli olmalıdır. Çünki insan sağlamlığı saxta, ucuz ehtiyat hissələrindən daha vacibdir.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Mart 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri