Icma.az
close
up
RU
“Saxta və qeyri orijinal ehtiyat hissələri qəzalara səbəb ola bilər“ DYP dən AÇIQLAMA

“Saxta və qeyri orijinal ehtiyat hissələri qəzalara səbəb ola bilər“ DYP dən AÇIQLAMA

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda yol-nəqliyyat hadisələrinin başvermə səbəblərini araşdırarkən məlum olur ki, bir sıra nüanslarla yanaşı, avtomobillərin saxta ehtiyat hissələri quraşdırılaraq idarə edilməsi bir çox hallarda gözardı edilir.

Bu məsələ yalnız qəza inspektorlarının araşdırmalarından sonra ortaya çıxa bilir. Bir çox qəzaların araşdırması başa çatdıqdan sonra məlum olur ki, sürücünün qəza törətməsinə səbəb avtomobilə quraşdırılan qeyri-orijinal ehtiyat hissələridir. Yaxud da kiçik qəzalar zamanı sürücülər harada səhv etdiklərini qəzadan sonra başa düşürlər. Məsələn, bir müddət əvvəl Şıx çimərliyi yolunda qəza törədən sürücü hadisənin əyləc qəlibinə görə baş verdiyini bildirmişdi. O, nəqliyyat vasitəsinin əyləc pedalını yerüstü keçidə çatmadan sıxsa da, sərt döngədə avtomobil dayanmayıb və hərəkət istiqamətlərini ayıran dəmir məhəccərlərə çırpılmışdı. Ağır qəzadan sürücü sağ xilas olsa da, avtomobilə və yol infrastrukturuna ciddi ziyan dəymişdi.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, yol-nəqliyyat hadisələrinin başvermə səbəblərindən biri də nasaz nəqliyyat vasitələrinin istismarıdır:

"Edilən xəbərdarlıqlara, həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq, təəssüflə qeyd etməliyəm ki, hələ də nasaz nəqliyyat vasitələrinin istismarına rast gəlinir. Bu hal, hərəkətin intensiv olduğu yollarda sıxlığın yaranmasına, yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə, eyni zamanda yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Nəqliyyat vasitələrində istehsalçı müəssisə tərəfindən nəzərdə tutulmayan və kustar üsulla quraşdırılan avadanlıqlar, eyni zamanda qeyri-orijinal ehtiyat hissələri müəyyən müddətdən sonra nəqliyyat vasitələrinin də sıradan çıxmasına səbəb olur və nasazlıqlar yaranır. Xüsusilə də qeyri-orijinal təkərlər, sükan idarəetmə mexanizmi əyləc sistemi və onun qəlibləri, eləcə də xarici işıq cihazları nəqliyyat vasitələrinin idarə edilməsində müəyyən çətinliklər yaradır. Hətta əlavə olaraq qeyd edim ki, xarici işıq cihazları bəzi hallarda nəqliyyat vasitələrində yanğınların baş verməsinə də səbəb olur. Odur ki, sürücülərdən nəqliyyat vasitələrində istehsalçı müəssisə tərəfindən nəzərdə tutulan ehtiyat hissələrindən istifadə etmələrini və ümumilikdə avtomobillərin texniki sazlığını daim diqqət mərkəzində saxlamalarını xahiş edirik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:282
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri