Icma.az
close
up
RU
Saxta elanlar, real ziyan MƏNZİL ELANLARINDA NƏLƏRƏ DİQQƏT EDİLMƏLİ?

Saxta elanlar, real ziyan MƏNZİL ELANLARINDA NƏLƏRƏ DİQQƏT EDİLMƏLİ?

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Son zamanlarda kirayə mənzil axtaranların sayı kəskin şəkildə artır. Bu dövrdə, xüsusilə bölgələrdən şəhərlərə təhsil almağa gələn tələbələr və onların valideynləri ucuz və əlverişli ev axtarışına çıxırlar. Təəssüf ki, bu vəziyyət bəzi fırıldaqçılar üçün fürsətə çevrilir. Onlar müxtəlif elan saytlarında və sosial şəbəkələrdə dəyərindən qat-qat ucuz qiymətə mənzil elanları yerləşdirərək insanları aldatmağa çalışırlar. Bəs, bu cür halların baş verməməsi üçün nələrə diqqət etmək lazımdır?

Məsələ ilə bağlı əmlak üzrə ekspert Elnur Fərzəliyev SİA-ya açıqlamasında bildirib ki, hər il sentyabr ayından başlayaraq bir çox fırıldaqçılar elan saytlarında dəyərindən daha ucuz qiymətə kirayə mənzil elanları yerləşdirirlər.

Onun sözlərinə görə, bu da xüsusilə bölgələrdə yaşayan tələbələr və onların valideynləri üçün cəlbedici görünür: “Bu zaman onlar elanı yerləşdirən şəxslə əlaqə saxlayaraq evlə bağlı məlumat alır. Bu cür fırıldaqçılar xüsusilə bölgələrdən onlara müraciət edən şəxslərə evin təcili şəkildə kirayə verildiyini, ona beh göndərilməli olduğunu bildirirlər. Bu səbəbdən də tələsik qərar verilməsini istəyirlər. Onlar tez-tez bu sözləri işlədərək tələsik pul köçürülməsini tələb edirlər: “İndi beh göndər, mənzili saxlayım”, “Əgər indi göndərməsən, başqasına verəcəyəm”və s. Bəzi hallarda isə tam kirayə haqqının ödənilməsini istəyirlər. Pul göndərildikdən sonra fırıldaqçı ilə əlaqə kəsilir, telefon nömrəsi bağlanır və ya sosial media hesabları silinir. Bu fırıldaqlar təkcə kirayə mənzillərlə məhdudlaşmır. Bəzən satış elanları adı altında da dəyərindən qat-qat aşağı qiymətə ev elanları paylaşılır. Bu elanlarda, məsələn, yeni təmirli və bahalı əşyalarla təmin olunmuş evlərin "təcili satıldığı" qeyd edilir. Reallıqda isə belə bir mənzil ya yoxdur, ya da elanı yerləşdirən şəxsin ona heç bir aidiyyəti yoxdur.

Ona görə də vətəndaşlar hər hansı bir mənzili kirayələdikdə və ya aldıqda mütləq şəkildə mənzilə vizual baxış keçirtməli, mənzil sahibi ilə razılaşmalı və müqavilə yolu ilə pul ödənilməlidir. Əks halda vətəndaşlar bu cür fırıldaqçıların qurbanına çevrilə bilərlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri