Icma.az
close
up
RU
Yaz gəldi, allergiyalar baş qaldırdı: Nələrə diqqət edilməli?

Yaz gəldi, allergiyalar baş qaldırdı: Nələrə diqqət edilməli?

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Allergiya – orqanizmin ətraf mühitdəki müəyyən maddələrə qarşı verdiyi həddindən artıq reaksiyadır. Xüsusilə yaz fəslində allergiyalar daha çox müşahidə olunur. Çünki bu dövrdə ağaclar, otlar və çiçəklər tozcuq yaymağa başlayır. Həmin polenlər havaya qarışaraq nəfəs aldığımız zaman bədənə daxil olur və immun sistemində allergik reaksiyalara səbəb olur.

Bəs allergiyası olan insanlar yaz fəslində nəyə diqqət etməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan həkim-terapevt Şahvələd Məmmədov bildirib ki, bu dəqiqə ən çox qeydə alınan xəstəliklərdən biri allergik xəstəliklərdir. Yuxarı tənəffüs yollarının zədələnməsi ilə müşayiət olunan allergik iltihab allergik rinit, allergik konyunktivit – yəni burun selikli qişasının və gözün allergik iltihabı, astma, eləcə də övrələrin (qıcıqlanma nəticəsində dəridə yaranan səpgilər) kəskinləşməsi ilə özünü göstərir.

Terapevtin sözlərinə görə, allergiyadan əziyyət çəkən xəstələr bu fəsildə - yazda allergiyalarının baş qaldırdığını bildikləri üçün daha diqqətli olmalıdırlar:

"Yaz allergiyası polen allergiyası olaraq da tanınır. Belə xəstələr daim nəzarətdə olmalı və ilin iki fəslində - yaz və payızda - mütləq həkimə müraciət etməlidirlər. Evdə tez-tez təmizlik aparılmalı, toz və rütubətə qarşı mübarizə gücləndirilməlidir. Səhər və axşam saatlarında, polenin daha aktiv olduğu vaxtlarda pəncərələri bağlı saxlamaq məsləhətdir. Çöldən qayıtdıqda geyim dəyişdirilməli və duş qəbul edilməlidir ki, bədənə və saçlara yapışan allergenlər təmizlənsin".

Şahvələd Məmmədov: Allergiya əleyhinə bəzi dərman və spreylər ciddi fəsadlara səbəb ola bilər

Müsahibimiz bildirib ki, bəzən vətəndaşlar əczaçıların tövsiyəsi ilə özbaşına dərman alır və qəbul edirlər. Bu isə, təbii ki, yolverilməzdir.

"Allergiya əleyhinə bəzi dərman və spreylər ciddi fəsadlara - burun polipləri, görmə zəifliyi və sinir pozğunluğuna səbəb ola bilər", - deyə Şahvələd Məmmədov bildirib.

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Aprel 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri