Icma.az
close
up
RU
Saxta “erməni soyqırımı” ilə bağlı GERÇƏKLƏR Bu uydurmanı ilk dəfə kim ORTAYA ATIB?

Saxta “erməni soyqırımı” ilə bağlı GERÇƏKLƏR Bu uydurmanı ilk dəfə kim ORTAYA ATIB?

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin Osmanlı İmperiyasındakı "soyqırımı" məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat verib.
Paşinyan bunu Sürixdə İsveçrənin erməni diasporu ilə görüşündə deyib.
"Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu", - Paşinyan bildirib.
Xatırladaq ki, daha əvvəl o qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO-ya üzv olub.
Qeyd edək ki, 1915-ci ildə Osmanlıdakı köçürmə siyasətini soyqırımı kimi qələmə verirlər. Guya həmin dövrdə Osmanlı dövləti ermənilərə qarşı soyqırım siyasəti həyata keçirib. İndi də Paşinyan deyir ki, "soyqırım" gündəliyi 1950-ci ildən sonra gündəliyə daxil olub.

Görəsən, ermənilərin saxta “soyqırımı” iddiası necə ortaya çıxıb?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tarixçi alim Zaur Əliyevin fikrincə, qondarma erməni soyqırımı məsələsini ilk dəfə Fransa gündəmə gətirib:
“1916-cı ildə Fransada erməni icmasının görüşü keçirilir. Fransa rəsmiləri də görürlər ki, bu məsələdən Osmanlı dövlətinə qarşı təzyiq vasitəsi kimi istifadə oluna bilər. O zamanlar “erməni soyqırımı” ilə bağlı hətta Böyük Britaniyanın baş prokurorluğu Maltada bu işdə ittiham olunan 200-dən çox şəxsin məhkəməsini də keçirib. Həmin məhkəmə prosesilə sübut olundu ki, soyqırımı hadisəsi olmayıb. Bu Osmanlı dövlətinin keçirdiyi daxili köçürmə siyasəti idi və Osmanlı əsgər və sakinləri heç bir erməniyə qarşı fiziki müdaxiləyə yol verməyib.
Bəzi insanların ölümünə isə təbii hadisələr, yolun uzun olması, sussuzluq səbəb olub. Əksər ölənlər isə erməni silahlı dəstələri tərəfindən soyğunçuluq məqsədilə öldürülüb. Bu barədə tutarlı faktlar da var”.
Rəqəmlər necə şişirdilib?
Həmsöhbətimiz qeyd edir ki, həmin dövrdə Amerika da bu məqamdan Osmanlıya qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb:
“ABŞ hökuməti bununla bağlı xüsusi missiya göndərib. Hansı ki, həmin missiya da əliboş geri dönməli olur. Makkartin öz kitabında qeyd edib ki, erməni uydurmalarını sübut etmək üçün Amerika tərəfi də tutarlı sənəd tapa bilməyib. Vatikan Osmanlı torpağındakı xüsusi nümayəndəsinin Papa ilə yazışmaları da hadisənin soyqırımı olmadığını təsdiq edir.
Osmanlıların istintaq dövründə apardığı 80-90 cildə yaxın sənədləri isə Bolqarıstan tərəfi gizlincə arxivdən oğurlayaraq indi də Sofiyada saxlamaqdadırlar.
Qondarma soyqırımla bağlı rəqəmlər də günü-gündən şişirdilir. Fransada məsələ ilk dəfə müzakirəyə qalxanda rəqəmin 200 min olduğu qeyd olunurdu. Lakin sonradan sübut olundu ki, köçürülmə qanunu cəmi 100 min erməniyə şamil olunmuşdu. Rəqəm beləcə şişirdilə-şişirdilə 1,5 milyona gətirildi”.
Alim bildirir ki, Türkiyə bu məsələdə heç bir hüquqi məsuliyyət daşımır:
“Bu məsələ istənilən ölkə parlamenti tərəfindən gündəmə gətirilsə də, Türkiyə burada hüquqi məsuliyyət daşınmır. Çünki hadisə Osmanlı dövründə baş verib və Böyük Britaniya prokurorluğu belə hadisənin uydurma olduğunu təsdiqləyib. Ona görə saxta erməni soyqırımı məsələsini yalnız Türkiyəyə təzyiq etmək məqsədilə gündəmə gətirirlər. Ermənilər son 40-50 ildə dəfələrlə məsələni gündəmə gətirməyə çalışıb, amma alınmayıb. Sadəcə olaraq, ermənilər başa düşmür ki, onlar Fransa, Rusiya, Almaniya və ABŞ kimi böyük dövlətlərin maşasına çevrilib”.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Yanvar 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri