Icma.az
close
up
RU
Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar Şok gerçəklər

Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar Şok gerçəklər

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Son illər özünü həkim-kosmetoloq adlandıranların sayı sürətlə artıb. Onlar saxta yolla lisenziya alaraq fəaliyyət göstərir. Vətəndaşların şikayəti də artmaqda davam edir. Onların saxtakarlığını necə ayırd etməli, özümüzü necə qorumalıyıq?
Səlahiyyətli qurumlardakı boşluqlar barədə hüquqşünas Sübhan Həsənli geniş məlumat verdi.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hüquqşünas Sübhan Həsənli bildirib ki, açığı deyim ki, Azərbaycanda çox təəssüflər olsun ki, hüquq sahəsində ixtisaslaşdırma olmadığı üçün tibb hüququ dediyimiz sahədə ixtisaslaşma yoxdur.

Sübhan Həsənlinin sözlərinə görə, jurnalistlər də ixtisaslı hüquqşünaslara müraciət edə bilmir. Problemin kökünün birində də bu durur. Bu gün Səhiyyə Nazirliyinə bağlı məsələ, yaxud da nəzarətsizliyin olmasının səbəblərindən biri də Azərbaycanda hüquq fakültələrində ixtisaslaşmanın olmamasıdır.

“Bir hüquq fakültəsini bitirən adam idman hüququndan da hüquqşünas ola bilər, tibb hüququndan da. Yəni elə bir sahə yoxdur ki, orada hüquqşünaslıq edə bilməsin. Ona görə də təbii ki, hüquq da cəmiyyəti tənzimləyən normalar sistemi olduğu üçün onu tətbiq edən şəxslərin də bu sahədə ixtisaslaşmaması təkcə tibb sahəsinin deyil, eləcə də digər sahələrin də nəzarətsiz qalmağına səbəb olur.

Özəl və dövlət tibb fəaliyyətləri var. Özəl tibb fəaliyyəti açmaq üçün də hüquqi şəxslər bununla bağlı müraciət edirlər. Həmin müraciət nəticəsində də həmin özəl tibb müəssisəsinin açılması ilə bağlı da lisenziyası olmalıdır. Xüsusi lisenziya tələb olunan sahələr üçün müraciət olunmalıdır və lisenziya alınmalıdır. Həm xəstəxana həm də məsələn kosmetoloji fəaliyyət üçün icazə alınmalıdır. Bu lisenziya isə 3 il müddətinə verilir. Verilən bu lisenziya Səhiyyə Nazirliyi tərəfindən verilir. Təbii ki, o lisenziyanı verən orqan kimdirsə, onyn da həmin müddət ərzində nəzarət etmək funksiyası, vəzifəsi var. Kimlər ki, bu işi həyata keçirir, siz baxsanız görərsiniz ki, həmin o şəxslər lisenziyalı və ya lisenziyasız Azərbaycanda qeydiyyatdan keçmiş xəstəxanalardır. Bu tibb müəssisələrinin özəli də dövləti də var. Elə həkimlər var ki, həm dövlətdə, həm də özəldə işləyir. Praktiki olaraq hər iki yerdə qəbul edilir. Onların lisenziyasının olub-olmamağını Səhiyyə Nazirliyi ayırd etməlidir. Bu onların birbaşa vəzifəsidir. Əhalinin sağlamlığı haqqında qanun da var. Həm də lisenziya yoxdursa, təbii ki, hüquq-mühavizə orqanlarına bununla bağlı mütaciət edilməlidir. İngilislərdə bununla bağlı “feedback” deyilən mexanizm yoxdur. Onlar şikayətlər siyahısı hazırlayır. Bu da yaxşıdır ki, insanlar görür ki, ən çox nədən şikayət var. Özəl tibb müəssisələrindəki həkimlərə verilən lisenziya ilə bağlı bax belə bir siyahı yoxdur. Bu sahədə xaos var. Bilinmir ki, kimin lisenziyası var, kimin yoxdur. Saxtası ilə gerçəyinin arasındakı fərqi vətəndaş ayırd edə bilmir. Printerdə oxşarı çıxarılır. Problemlər də elə buradan başlayır. Nəzarət funksiyası Səhiyyə Nazirliyindədir. Bunu qurum ayırd etməlidir. Bu vətəndaşlar üçün də əlçatan deyil, çünki “feedback” yoxdur. Lisenziyanın özü belə bu məsələdə nə qədər kifsyət edir, bununla belə problemlər mövcuddur. Daha da dərinə getsək, Azərbaycanda sayı bilmirəm, yəqin ki, lisenziyanı alan həkim sayı da çoxdur. Onların yoxlanması da əlavə resurs tələb edir. Bu resursun qurumda olmağı da sual altındadır. Bunun üçün büdcə də təsdiqlənə bilməz. Sertifikasiya görünən tərəflərdi amma bunun kökü, nəticəni doğuran səbəblərin biri də büdcə azlığıdır. Azərbaycan bu baxımdan uğurlu yerdə deyil. Bizdə səhiyyənin idarə edilməsi yönündə ixtisaslar olmalıdır. Bunlar da yoxdur. Dünyanın hər yerində bu var. Səhiyyə təkcə həkimdən ibarət deyil. Bizdə həkimləri gətirib qoyurlar xəstəxanaya ki, gəl idarə elə. Bunu, idarəetməni oxuyan adamlar həyata keçirməlidir. Kadr azlığı da bu məsələdə əsas amillərdən biridir. Azərbaycan tibb üçün əlverişli ölkə deyil”.

Dəniz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 Fevral 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri