Icma.az
close
up
RU
Saxta kimlikli manyakın sonu! 16 ildən sonra DNT və döymələr ələ verdi

Saxta kimlikli manyakın sonu! 16 ildən sonra DNT və döymələr ələ verdi

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Öz ölüm elanını dərc etdirərək ədalətdən qaçmağa çalışan Nikolas Rossi, 2008-ci ildə törətdiyi cinsi təcavüz cinayətinə görə həbs cəzasına məhkum edilib. Şotlandiyada yaxalanaraq ABŞ-a təhvil verilən Rossi, beş ildən ömürlük həbsədək cəza ilə mühakimə olunur.

Sherg.az xəbər verir ki, ABŞ-ın Rod-Aylend ştatından olan və ölüm elanını dərc etdikdən sonra ölkədən qaçan Rossi, Yuta ştatında törətdiyi cinsi təcavüz cinayətinə görə mühakimə olunub.

Solt Leyk Sitidə məhkəmə qarşısına çıxan 38 yaşlı Rossi, beş ildən ömürlük həbsədək cəza ala bilər.

Bu hökm Rossinin 2008-ci ildə Yutanın şimalında iki qadına cinsi təcavüzdə ittiham olunduğu iki ayrı işdən birincisini əhatə edir.

“Associated Press”-in (AP) məlumatına görə, Rossi ikinci iş üzrə də təqsirli bilinib. Prokurorlar 4 noyabrda baxılacaq həmin iş üzrə də eyni cəzanın - beş ildən ömürlük həbsin verilməsini tələb edir.

Birinci məhkəmədə üç gün davam edən iclaslar zamanı zərərçəkən qadının və onun ailəsinin ifadələri dinlənilib və Rossi təqsirli bilinib. Rossi isə ifadə verməkdən imtina edib.

Hakimiyyət orqanları Rossinin şəxsiyyətini hadisədən on il sonra - 2018-ci ildə başqa bir iş üzrə götürülən DNT nümunələri vasitəsilə müəyyənləşdirib.

Yuta ştatında test edilməmiş cinsi təcavüz sübut dəstlərinin yenidən yoxlanılması nəticəsində minlərlə şübhəli barədə yeni cinayət işləri açılıb.

Rossi barəsində cinayət işi qaldırıldıqdan qısa müddət sonra - 29 fevral 2020-ci ildə, internetdə onun lenfomadan öldüyünü bildirən saxta ölüm elanının yayımlandığı məlum olub.

Lakin Rod-Aylend polisi, Rossinin keçmiş vəkili və qəyyum ailəsi bu xəbərdən dərhal sonra elanının saxta olduğunu təsdiqləyiblər.

Rossi 2021-ci ildə Covid-19 müalicəsi üçün getdiyi Şotlandiyada yaxalanıb. Xəstəxana işçiləri, onun bədənində İnterpol bülletenində qeyd olunan, o cümlədən heç vaxt oxumadığı Braun Universitetinin loqosu olan döymələri görəndə şübhələniblər.

Uzunmüddətli hüquqi prosesdən sonra Rossi 2024-cü ilin yanvarında Yutaya ekstradisiya olunub.

Məhkəmə prosesləri boyu Rossi öz kimliyini inkar edib və özünü “Artur Nayt” adlı irlandiyalı yetim kimi təqdim edib.

İstintaqçılar isə onun ən azı on iki fərqli saxta şəxsiyyət sənədi istifadə etdiyini müəyyənləşdiriblər.

Rossinin dövlət tərəfindən təyin olunmuş vəkili bildirib ki, müvəkkili ittihamları qəbul etmir və xaricə qaçmasının onun təqsirli olmasına sübut kimi dəyərləndirilməməlidir.

Məhkəmədə ifadə verən ilk zərərçəkən qadın deyib ki, 2008-ci ildə ailəsi ilə yaşadığı vaxtda başından aldığı zərbədən sonra “Craigslist” saytında yerləşdirilmiş elan vasitəsilə Rossi ilə tanış olub.

Qadın, iki həftə içində nişanlandıqlarını, lakin az sonra Rossinin ondan pul istəməyə başladığını bildirib. Rossi, görüş xərclərini, avtomobil təmirini və evdən çıxarılmamaq üçün min dollar borc verməsini tələb edib.

Zərərçəkən daha sonra Rossinin evində ona cinsi təcavüz etdiyini söyləyib. Rossinin eyni dövrdə başqa bir qadına da oxşar şəkildə hücum etdiyini öyrəndikdən sonra polisə müraciət edib.

İkinci qadın da hadisədən dərhal sonra şikayət edib. O, Rossinin kompüter almaq üçün aldığı pulu qaytarmaq bəhanəsi ilə onu Orem şəhərindəki mənzilinə çağırdığını, lakin orada hücuma məruz qaldığını deyib.

Rod-Aylenddə qəyyum ailə sistemində böyüyən Rossi, saxta ölüm elanını yaymazdan əvvəl həmin ştata qayıtmışdı.

Burada cinsi cinayətkar kimi qeydiyyatını yeniləmədiyi üçün axtarışda olan Rossi haqqında, FTB məlumatına görə, Ohayo ştatında 2008-ci ilə aid cinsi cinayətlər və dələduzluq ittihamları da mövcuddur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri