Icma.az
close
up
RU
Silsilə qətllərdən sonra 30 il gizlənə bilmişdi Saxta pasport onu ələ verdi...

Silsilə qətllərdən sonra 30 il gizlənə bilmişdi Saxta pasport onu ələ verdi...

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda ötən əsrin sonlarında cinayətkar birlik (banda) yaradaraq silsilə qətllər və digər ağır cinayətlər törədən Xaliq Tağıyev 30 ildən sonra cəzalandırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, gənclik illərində törətdiyi cinayətlərə görə 60 yaşında qanun qarşısında cavab verib.

Tağıyev 1995–1999-cu illərdə digər şəxslərlə əlbir şəkildə iki nəfəri tamah niyyəti, bir nəfəri isə cinayətlərinin üstünün açılmaması məqsədilə xüsusi amansızlıqla qətlə yetirib. Pula görə amansızlıqla öldürülənlərdən birinin 70 yaşı olub. Tapança ilə qətlə yetirilən ikinci zərərçəkmiş bank əməkdaşı, üçüncüsü isə elə öz əlbir olduqları şəxslərdən biri imiş. Dəstə üzvləri sonuncunun istintaqa ifadə verə biləcəyini öyrəndikləri üçün onu öldürərək meyitini bağ evinin həyətində basdırıblar. Banda üzvləri basqınlar zamanı tanınmamaları üçün həmişə başlarına qadın corabları keçirirmişlər.  

Taksi sürücüsündən qatilə çevrilən gənc Xaliq oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, icazəsiz odlu silah-sursat əldə etmə kimi digər cinayətlərdə də iştirak edib.

Həmin dövrdə keçirilən əməliyyatlar zamanı dəstənin Xaliqdən başqa bütün üzvləri tutulub. Onların bir neçəsinə ömürlük həbs cəzası verilib. Xaliq isə ölkədən qaçaraq Ukraynada 30 il gizlənə bilib. Lakin o da törətdiyi cinayətlərin cəzasından yaxa qurtara bilməyib.

Hadisədən uzun illər keçdiyi üçün hər şeyin yaddan çıxacağını düşünən Xaliq Tağıyev 60 yaşında Azərbaycana qayıtmaq qərarına gəlib. Amma bu dəfə də qanunsuz yola əl atıb. Belə ki, o, öz fotosunu qardaşının anket məlumatlarına tərtib olunmuş saxta pasporta yerləşdirərək Azərbaycana yola düşüb. O, Ukraynadan çıxmağa nail olsa da, Azərbaycan sərhədini keçə bilməyib. Sərhədçilər sənədin saxta olduğunu müəyyənləşdirərək onu saxlayıblar. Bundan sonra onun əsl kimliyi məlum olub. Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan istintaqla Xaliq Tağıyev təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Onun işini Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi məhkəmə kollegiyası araşdırıb. Ahıl müttəhim hakim qarşısında gənclikdə törətdiyi əməllərə görə özünü təqsirli bildiyini etiraf edib. Verilmiş ittiham şahid ifadələri və digər sübutlarla da təsdiqini tapıb.

Təqsirləndirilən şəxs o vaxt tutulsaydı, ömürlük məhkum ediləcəkdi. Lakin indi müddətin keçməsi səbəbindən bəzi maddələr üzrə ona cəza təyin edilməyib. Cinayət Məcəlləsinin 2000-ci ilə qədər qüvvədə olmuş maddələrinin tələblərinə əsasən, Xaliq Tağıyevə yekun olaraq 15 il həbs cəzası verilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək. Bununla 30 il sonra olsa da, ədalət öz yerini tapmış olub...

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri