Icma.az
close
up
RU
Saxta kosmetikadan uzaq durun XƏBƏRDARLIQ

Saxta kosmetikadan uzaq durun XƏBƏRDARLIQ

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır”.

Gununsesi.info verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin həkim-gigiyenisti Orxan İsmayılov deyib.

Onun sözlərinə görə, istehlakçıda məhsulun təhlükəsizliyi ilə bağlı şübhə yarandıqda satıcıdan həmin məhsula aid gigiyenik sertifikatın təqdim edilməsini tələb etmək hüququna malikdir:

“Kosmetik vasitələr birbaşa dəri ilə təmasda olduğu üçün yanlış seçim ciddi allergik reaksiyalara və ya dəri xəstəliklərinə səbəb ola bilər. Qablaşdırmanın üzərində istehsal və son istifadə tarixləri aydın oxunmalıdır. Son istifadə tarixi silinmiş məhsulları qətiyyən almayın. Məhsulun qablaşdırması üzərindəki “açıq krem qabı” şəkli və onun içərisində göstərilən “6M” və ya “12M” kimi işarələr, məhsulun qapağı açıldıqdan sonra neçə ay ərzində təhlükəsiz istifadə oluna biləcəyini göstərir”.

Həkim onu da qeyd edib ki, məhsul alarkən onun tərkibinə də diqqət yetirmək vacibdir:

“Tərkibində metilparaben, propilparaben kimi qoruyucuların və xüsusilə şampunlarda istifadə olunan SLS/SLES (sulfat) maddələrinin olmamasına və ya minimum səviyyədə olmasına üstünlük verilməlidir. Sintetik ətir qatqıları həssas dərili insanlarda allergik reaksiyalar və qızartı yarada biləcəyindən məhsulun tərkibi etiketin sonunda diqqətlə oxunmalıdır.

Ucuz və saxta dodaq boyası və göz kölgələrinin tərkibində normadan artıq qurğuşun və civə kimi ağır metallar ola bilər ki, bu da zamanla orqanizmə mənfi təsir göstərər. Mağazada məhsulların birbaşa güclü işıqlandırma və ya istilik mənbəyinin altında saxlanılmadığına əmin olun. İstilik kosmetikanın kimyəvi strukturunu pozur və vaxtından əvvəl yararsız edir”.

Həkim bildirib ki, makiyaj və kosmetik vasitələri başqası ilə paylaşmaq və ya başqasının kosmetik vasitələrindən istifadə etmək qətiyyən olmaz:

“Bu vasitələr tamamilə şəxsi gigiyena əşyalarıdır və onların ortaq istifadəsi ciddi sağlamlıq riskləri yaradır. Makiyaj məhsullarının paylaşılması bakteriya, virus və göbələklərin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Başqasına məxsus tuş, göz qələmi və ya göz kölgəsi fırçalarının istifadəsi konyunktivit və demodekoz kimi göz və dəri infeksiyalarının yayılmasına səbəb ola bilər. Dodaq boyası, dodaq parıldadıcısı və dodaq qələmlərindən ortaq istifadə herpes virusunun ötürülmə riskini artırır. Tonal krem süngərləri və makiyaj fırçalarının paylaşılması isə dəridə olan yağ və bakteriyalar yayaraq, infeksion sızanaqların yaranması ilə nəticələnir.

Xüsusilə tuş, göz qələmi, dodaq boyası, dodaq balzamı, tonal krem süngərləri və makiyaj fırçalarının paylaşılması qətiyyən tövsiyə olunmur. Sıxılmış pudra və ya ənlik kimi məhsulların istifadəsi nisbətən az risk daşısa da, onlar yalnız təmiz və fərdi fırça ilə istifadə edilməlidir. Kosmetik vasitələrin paylaşılmaması ən təhlükəsiz seçim hesab olunur”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Sentyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri