Icma.az
close
up
RU
XƏBƏRDARLIQ: Zəhərli paltarlardan UZAQ DURUN

XƏBƏRDARLIQ: Zəhərli paltarlardan UZAQ DURUN

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Azad İstehlaçkılar” İctimayi  Birliyini(AİİB)  biznes qrumları arasında olan heç bir mübahisə əsla maraqlandırmır! Və bu kimi məsələlər istehlaçkı hüquqlarına aid deyildir. Lakin aşağıda  bəhs olunan bu məsələdə, son nəticədə istehlakçılar sağlamlıq baxımından ciddi zərər çəkə bilərlər. Ona görə də bu məsələyə biganə qalmaq olmur  və istehlkçılara,  Dövlət orqanlarına öncə məlumat vermək  qərarına gəldik!

Moderator.az xəbər verir ki, bu xəbərdarlığı  “Azad İstehlaçkılar” İctimayi  Birliyindən Eyyub Hüseynov öz facebbok səhifəsində paylaşım edərək, bildirib.

Beləki,“Azur” Ticarət Mərkəzinin sahibləri ilə “FB COMPANY” MMC-nin direktoru Qəribov Anar Əli oğlu və fərdi sahibkar Əliyev Ağa Ələmdar oğlu arasında  mövcud olan   qarşıdurma artıq insanların həyat və sağlamlığına ciddi təhlükə yaradacaq mərhələyə qədəm qoyub. Bir milyon manatdan çox zərərin əvəzini qarşılamaq üçün   sahibkarlar  insan orqanizmi üçün son dərəcə zərərli maddələrlə zəhərlənmiş  paltarı  anbardan çıxarıb satmaq qərarına gəliblər!

 “Azur”un rəhbəri olan Fuad Rzayev və Babək Babayev (“Yeni Həyat” şirkətlər qrupunun rəhbəri) ilə Anar Qəribov və Ağa Əliyev arasında mübahisə 2020-ci ildə başlayıb. O zaman ticarət mərkəzinin rəhbərliyi aralarında bağlanan müqavilənin şərtlərini  pozaraq sahibkarlara məxsus 20 min ədəddən artıq paltarı, o cümlədən uşaq geyimlərini “Azur”da icarəyə götürdükləri mağazadan icazəsiz  şəkildə çıxararaq, “Grand Hayat” Yaşayış Kompleksinin zirzəmisinə aparılması barədə göstəriş veriblər. “Azad İstehlaçılar”İB-yi tərəfindən əldə olunan materiallar göstərir ki, mağazadan çıxarılan mallar uzun müddət rütubətli, baxımsız şəraitdə, müvafiq qulluq göstərilmədən saxlanıldığından xarab olub, kiflənib, çürüyüb, üzəri müxtəlif qurd və həşəratların təsirinə (parazit, helment yumurta izi) məruz qalıb. Qeyd edək ki, 08.04.2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanov da satış üçün nəzərdə tutulan geyim əşyaların yararsız, avadanlıqlarda isə qüsurların olmasına dair 9-8081 nömrəli 07 fevral 2022-ci il tarixli  rəsmi ekspert rəyini təqdim etməklə  bildirib.

Amma “Azur” rəhbərləri başladığı işi sona çatdırmaq və sahibkarlara vurduqları ziyanı ödəməkdən yayınmaq üçün paltar və avadanlıqları “təmizləmək” qərarına gəliblər. Bunun üçün isə insan orqanizminə son dərəcə təhlükəli olması səbəbindən 2004-cü ildə  beynəlxalq razılaşma əsasında  dünyanın  7 ölkəsi istisna olunmaqla(Mozanbik Zimbve,daha 5 ölkə) istifadəsinə qadağa qoyulan DDT (DUST) preparatından istifadə edilib. Təhlükəli maddədən (DDT) istifadə edildiyini Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında cəlb edilmiş “Az-Ekspertiza” MMC -nin götürdüyü nümunələri təqdim etdiyi Azərbaycan Akkreditasiya Mərkəzində akkreditasiya olunmuş “Chemlab” laboratoriyası 01.06.2023-cü il tarixdə 0613 saylı  sınaq protokolu ilə  təsdiq edib (Sənəd mövcuddur).

Zəruri qeyd: “təmizlənməsi” zamani istifadə edilən DDT və onun metobolitləri insan orqanizminə son dərəcə təhlükəli, kansoregen, hormonal, dermatoloji, allergik, nevroloji, həzm sistemi pozğunluğu kimi problemlər yarada bilir.

Bu faktdan sonra növbəti mərhələyə əl atılıb. Eyni təşkilatın, yəni Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin digər eksperti Kamran Dünyamalıyev növbəti ekspertiza rəyində, nədənsə növbəti məhkəmə baxışında, öz kollegiyası Elvin Qəhramanovun öncə verdiyi  ekspert rəyini təksib edərək, həmin mallarının 85%-nin satışa yararlı olması dair 8.08.2023-cü il tarixli  9/2015 saylı ekspert  rəyi verib(Sənəd mövcuddur). Məhkəmə Ekspertiza Mərkəzinin iki ekspertinin bir birinə zidd olan iki rəsmi sənədi təcüb  və sual dogurur!?

Nəticədə, Bakı Apellyasiya Məhkəməsi laboratoriyanın sınaq protokolunun nəticəsini sübut kimi qəbul etməyib və kanserogen tərkibli geyimlərin (o cümlədən uşaq geyimləri) ) 85%-nin satışa yararlı olması barədə 14.09.2023-cü il tarixində 2-2(103)-141/2023  saylı qətnamə çıxarıb. Sonradan 01.03.2024-cü il tarixində 2-2(102)-44/2024 saylı qərarı ilə Ali Məhkəmənin Kommersiya Kollegiyası da həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb.

“FB COMPANY”MMC-nin AİİB-in tələbi əsasında təqdim etdiyi məlumatda qeyd olunur ki, paltarların istifadə üçün tam yararsız olduğunu sübut edən  və  məhkəmə iclası zamanı məhkəmə zalında quraşdırılmış nəzarət kamerası altında təqdim edilən yüzlərlə foto və videomaterial (692 sayda fotoşəkil və 2 ədəd elektron daşıyıcı flaşkart) məhkəmə işinin materialları arasından yoxa çıxıb! AİİB-ə təqdim olunan məlumata görə,  bu foto və videomateriallarda paltarların sonradan sağlamlıq üçün son dərəcə təhlükəli olan kimyəvi maddələrlə” təmizlənməklə” onların kif bağlaması, üzərində qurdların olması faktları olub. Əks olunan faktların izinin itirilməsinə yönəlmiş hərəkətlər bu əməllərin qəsdən törədildiyinə dəlalət edir.Bu faktların yox olması kimin marağındadır?!

 Verilən məlumatda  qeyd olunur ki,bu  işdə  yeni fiqurant ortaya çıxıb. Məlum olub ki, zəhərli maddələrlə “təmizlənmiş” paltar və avadanlıqların saxlanıldığı anbar bir xanımın adına sənədləşdirilib. Qəribov və Ağayev yeni sahibkar haqqında indi xəbər tutublar. Xanım sahibkar   paltar və avadanlıqların 4 il ərzində onun anbarında saxlanmasına etiraz etməyib, hüquqları ilə bağlı iddia qaldırmayıb. Amma indi o  sahibkarların malları tez bir zamanda anbardan çıxarılması və daşınma xərclərinin “FB COMPANY” MMC tərəfindən ödənilməsi ilə bağlı Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Ortaya suallar çıxır: Laboratoriya tərəfindən təhlükəli maddələrlə” təmizlənməyə” məruz qaldığı təsdiq edilən paltarlar hara aparılmalıdır? Onların daşınmasında iştirak edəcək şəxslərin sağlamlığına zərər dəyməyəcəyinə kim zəmanət verəcək?Paltarların satışa çıxarılacağı təqdirdə onları alaraq geyinən insanların, o cümlədən azyaşlı uşaqların kütləvi şəkildə müxtəlif onkoloji və sair xəstəliklərə tutulmasına biganə qalan insanların məqsədi necə olursa-olsun pul qazanmaqdırmı?! 

Yəqin ki,  dəymiş zərəri kompensasiya etmək üçün təhlükəli malların sahibi bu geyimləri bazara çıxarıb istehlakçılara satacaqlar. Nə üçün Azərbaycan istehlakçıları müxtəlif, təzadlı ekspert rəyləri verilmiş malları xəbərsizlikdən almalıdırlar!? Təəssüf ki, istehlakçılara səhih məlumat vermək üçün ,satışa çıxarılması istisna olunmayan bu təhlükəli paltarların harada satılacağı və tanıdılması üçün əlimizdə heç bir material yoxdur!

Bu malların bazara çıxarılmasının qarşısını almaq üçün AİİB mediyaya müraciyət etməklə bərabər, İqtisad Nazirliyyi yanında Antiintisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Daxili İşlər Nazirliyinə,Respublika Prokurorluğuna,Səhiyyə Nazirliyinə  rəsmi müraciyətlər göndərmişdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri