Icma.az
close
up
RU
Saxta sənədli həkim ayda 50 mini necə qazanıb? Şok faktlar KONKRET

Saxta sənədli həkim ayda 50 mini necə qazanıb? Şok faktlar KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Türkiyə vətəndaşı oldugu deyilən, uzman fizioterapevt kimi tanınan Musa Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub. O, imtahanda müvafiq keçid balını toplaya bilməyib.

KONKRET.az xəbər verir ki, Bakupost.az onunla bağlı sensasiya sayıla biləcək məlumat əldə edib.

Sayt xatırladıb ki, ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova Musa Kılıçın saxta sənədlərlə fəaliyyət göstərdiyini, buna baxmayaraq, il ərzində 500 min manat pul qazandığını sübut edən dəlillər paylaşmışdı:

“Bundan sonra Musa Kılıçın fəaliyyətinin dondurulması gözlənilirdi. Lakin o, azərbaycanlıları təhqir etdiyi səs yazısı yaydı və hamıya meydan oxudu. Bəs, Musa Kılıç bu gücü haradan alır? Ümumiyyətlə, Azərbaycana nə vaxt və necə gəlib? Buradakı karyerasına hardan başlayıb?

Musa Kılıçın Azərbaycana ayaq açması onun gürcü əsilli zaqatalalı bir xanımla evlənməsindən sonra baş verib. Bundan sonra o, çalışmaq üçün müxtəlif klinikalara mürciət edib.

Özünü peşəkər həkim kimi təqdim edən Musa Kılıça ilk qapını 2018-ci ilin axırında Bakı Bərpa Mərkəzi açıb. Amma burada uzun zaman işləyə bilməyib. Bir neçə aydan sonra həmin mərkəzdən qalmaqalla ayrılıb. Daha sonra Musa Kılıç ARS Reabilitasiya Mərkəzində çalışıb, bir müdət sonra isə “İstanbul NS” klinikasına transfer olunub.

Bu klinikada işləri pis getməyib. Onun aylıq qazancı 40-50 min civarında olub. Sonradan elə bu qazanc üstündə rəhbərliklə arası dəyib və işdən uzaqlaşdırılıb. Bir müddət sonra isə o özünə “Medera Hospital”da yer edib. Bu günə kimi də həmin hospitalda fəaliyyət göstərir.

Maraqlıdır ki, adları çəkilən klinikalar onu işə qəbul edərkən ixtisasça həkim olduğunu təsdiqləyən sənədi niyə yoxlamayıblar? (Bu barədə klinikalara sorğu unvanlamışıq). Tutaq ki, klinika rəhbərləri öz qazancları üçün buna göz yumublar, bəs Səhiyyə Nazirliyi bu illər ərzində bu faktı niyə görməzdən gəlib? Nazirlik hansı marağa görə müvafiq sənədlər olmadan işə götürülən bu şəxsə görə klinikalara “gözün üstə qaşın var” deməyib? Yayılan videolardan, sənədlərdən də görünür ki, bu adam yüksək məbləğdə pul əldə edib. Görəsən, vergi orqanlarının bunu niyə görməyib?

Və ən əsas sual: Saxta sənədlərlə və ya sənədsiz ayda 50 min pul qopartdığı bir milləti niyə təhqir edir? Bu nifrət haradandır?

Fikrimizcə, bu məqam üzərində düşünmək lazımdır. O nöqtədən başlamaq lazımdır ki, Musa Kılıç Türkiyənin Artvin bölgəsindədir. Bu bölgədə isə ermənilər çox yaşayır… Biz indiyə kimi yalnız ermənilərdən bu cür davranış görmüşük: həm çörəyimizi yeyiblər, həm də özümüzü söyüb hər cür düşmənçilik ediblər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Mart 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri