Icma.az
close
up
RU
“Saxta xəbər” insanları çaşdırır və yanlış addımlar atmasını şərtləndirir MEDİA EKSPERTİ DANIŞDI

“Saxta xəbər” insanları çaşdırır və yanlış addımlar atmasını şərtləndirir MEDİA EKSPERTİ DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Rəqəmsal transformasiya, onlayn informasiya resurslarının inkişafı, sosial media platformalarının çoxalması yaşadığımız dövrdə informasiya axınını sürətləndirir. İnsanlar, hətta fərdi istəkləri olmasa belə, gün ərzində yüzlərlə informasiyanı eşidir, görürü və dinləyirlər. Təəssüf ki, gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, “Yanlış xəbər”, “saxta xəbər”, “dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir: "Analitik mərkəzlər qeyd edirlər ki, “saxta xəbər”in qlobal informasiya dövriyyəsində çəkisi 45-80 faiz aralığında dəyişir və dünya üçün ən aktual problemlərindən birinə çevrilir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir. Bu baxımdan “saxta xəbər”, “dezinformasiya” “dünya üçün yeni fəlakət” adlandırılır. Bu da bir faktdır ki, “saxta xəbər” təsadüfən yaranmır. Xüsusən, “saxta xəbər”in bir növü olan dezinformasiya şüurlu şəkildə istehsal edilir, konkret hədəflərə qarşı yönəldilir və onu istehsal edənlərin məkrli niyyətlərinin təmin edilməsi üçün istifadə olunur. Rəqib dövlətlər bir-biri haqqında qəsdən saxtalaşdırılmış məlumatlar-dezinformasiyalar yaymaqla qarşı tərəfə zərər vura bilirlər. Bu baxımdan dezinformasiya termini müasir nəzəriyyələrdə “Hibrid müharibə”nin, yaxud, “Assimmetrik müharibə”nin elementi kimi təsvir edilir. Dezinformasiya həm də cəmiyyətin çaşdırılması, ictimai etimadsızlığın yaradılması üçün istifadə edilir. Təəssüf ki, sosial şəbəkə platformaları bu baxımdan geniş imkanlar yaradırlar. Onlar məkrli qüvvələrin əlində alətə çevrilərək, ictimai rəyin yanlış infortmasiyalarla yüklənməsində, yanlış istqamətə yönləndirilməsində rol alır. Bu cür halların qarşısını almaq üçün dünya dövlətləri müxtəlif tədbirlər görürlər. Çox saylı dövlətlərdə “dezinformasiyaya qarşı mübarizə haqqında” xüsusi qanunlar qəbul edirlər. Həmçinin, dezinformasiya ilə mübarizə üçün ixtisaslaşmış inzibati qurumlar yaradırlar".

Günel Fərzəliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 May 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri