Icma.az
close
up
RU
Sosial media turizmi strateji şəkildə inkişaf etdirir TURİZM EKSPERTİ DANIŞDI

Sosial media turizmi strateji şəkildə inkişaf etdirir TURİZM EKSPERTİ DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Biz hər hansı bir ölkədə Azərbaycanı turizm istiqaməti üzrə destinasiya kimi təqdim etmək istədikdə, orada sərgilərə qatılır, “road show”larda iştirak edir, partnyorlarla görüşlər keçirir, təqdimatlar və digər tədbirlər təşkil edirik". Bunu SİA-ya açıqlamasında turizm eksperti Cəfər Qarayev deyib.

Onun sözlərinə görə, biletlər, otellər, tədbir təşkilatçılığı və s. bütün bunlar böyük maliyyə vəsaiti tələb edir: "Amma bir turist Azərbaycana gəlib sosial şəbəkəsində Azərbaycanla bağlı müsbət bir paylaşım edirsə və onun da az-çox izləyicisi varsa, bu, bizim üçün böyük nailiyyət sayılır. Çünki biz demək olar ki, heç bir əlavə xərc çəkmədən ölkəmizin reklamını əldə etmiş oluruq. Bununla yanaşı, sosial şəbəkə blogerləri də müxtəlif ölkələrdən Azərbaycana səfərlər edirlər. Biz şirkət olaraq bu işlərlə məşğuluq - bəzi blogerləri öz təşəbbüsümüzlə dəvət edirik. Onlar gəlib Azərbaycanı gəzirlər, milli təamları dadırlar, tarixi-mədəni abidələri ziyarət edirlər və bütün bunları sosial şəbəkələrdə paylaşırlar. Bu da ölkəmizin təbliğatına ciddi töhfə verir.

Dövlət qurumları da bu istiqamətdə müəyyən işlər görür, müxtəlif sosial media fenomenlərini ölkəmizə dəvət edir və onların vasitəsilə Azərbaycanın reklamını aparır. Məsələn, bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd Əl-Nəhyənin Qarabağ səfəri ilə bağlı paylaşdığı iki dəqiqəlik videoroliki ərəb dünyasında böyük rezonans doğurdu. Tanışlarımızın əksəriyyəti həmin videonu paylaşdı. Bu, həm işğaldan azad olunmuş ərazilərin beynəlxalq ictimaiyyətə Azərbaycan torpaqları kimi təqdim olunması, həm haqq-ədalətin bərpası, həm də həmin bölgələrin turizm potensialının təbliği baxımından çox mühüm göstəricidir. Təbii ki, Azərbaycana xarici ölkədən gələn hər bir əcnəbi vətəndaş bizim üçün turist sayılır. Bu turistlər təkcə paytaxt Bakı şəhərində deyil, həm də Bakı ətrafı və digər regionlara səfərlər edirlər. Onlar həmin bölgələrdə yerləşən tarixi-mədəni obyektlərə, muzeylərə, qoruqlara baş çəkir, ziyarət edirlər. Bununla yanaşı, qış və yay turizm komplekslərindən istifadə edir, dağlıq və meşə zonalarında olurlar, gölləri, çayları və şəlalələri ziyarət edib çəkdiklərini sosial şəbəkələrdə paylaşırlar. Bütün bunlar Azərbaycanın nə qədər rəngarəng və turizm baxımından zəngin ölkə olduğunu nümayiş etdirir.

Ölkəmiz coğrafi baxımdan böyük ərazidə yerləşməsə də, mövcud iqlim qurşaqları və landşaft müxtəlifliyi xarici turistlərə qısa müddət ərzində Azərbaycanın əhəmiyyətli hissəsini, turistik bölgələrin böyük qismini görmək imkanı yaradır. Məsələn, bir həftə ərzində turist ölkəmizin əsas turizm istiqamətləri ilə tanış ola bilir. Sosial şəbəkələrdən bu qədər istifadə etməklə turizmi strateji şəkildə inkişaf etdirmək mümkündür. Bu işləri həm açıq, həm də qeyri-açıq formada, müəyyən strategiyalar çərçivəsində planlamaq olar. Tanınmış səhifələri olan, geniş izləyici kütləsinə sahib sosial media blogerlərini Azərbaycana dəvət etmək və onlara sərbəst şəkildə ölkəni tanımaq imkanı yaratmaq çox vacibdir. Onlar rəsmi müşahidə olmadan, qeyri-rəsmi formada sərbəst hərəkət etməli və öz təəssüratlarını rahat şəkildə paylaşmalıdırlar. Bu zaman hər bir bloger öz ölkəsindəki izləyici kütləsinə öz dilində, öz üslubunda, operativ və səmimi şəkildə məlumat ötürə bilər. Bu da Azərbaycanın turizm potensialının daha geniş kütlələrə çatdırılması baxımından çox effektiv vasitədir. Yəni, biz Azərbaycandan 10, 20, 30 və ya 40 nəfəri - misal üçün Kuveytə - göndərib orada Azərbaycanın təqdimatını keçiririk. Axşam tədbirləri, görüşlər və digər proqramlar həm dövlət, həm də özəl şirkətlər üçün böyük büdcə tələb edir. Amma əgər biz oradan bir, iki və ya üç blogeri - qadın və ya kişi sosial şəbəkə fenomenini - Azərbaycana dəvət edib onların bütün məsrəflərini qarşılasaq, qonaqpərvərliyimizi göstərsək, düşünün ki, Kuveytdəki yerli vətəndaşların ən azı 84%-i həmin blogerləri izləyir və nəticədə onlar Azərbaycanla bağlı indiyədək görmədikləri yerləri və məkanları həmin paylaşımlar vasitəsilə görəcəklər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri