Icma.az
close
up
RU
“Şaxtyor” ölkə kubokunu 15 ci dəfə qazandı

“Şaxtyor” ölkə kubokunu 15 ci dəfə qazandı

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

final
Şaxtyor – Dinamo 1:1, p. - 6:5

Elias, 64 – Yarmolenko, 43.
Şaxtyor: Riznık, Bondar, Vinisius (Qram, 102), Matviyenko, Pedro Enrike, Bondarenko (Krıskiv, 62), Pedrinyo (Santana, 62), Sudakov (Sukanov, 90), Kevin, Qomes (Nazarina, 62), Eginaldo (Elias, 46).
Dinamo: Neşeret, Dubinçak (Vivçarenko, 104), Mixavko (Belovar, 112), Popov, Tımçik, Buyalski (Pixalenok, 81), Mixaylenko, Yarmolenko (Voloşin, 81), Vanat, Kabayev (Karavayev, 91), Şaparenko (Brajko, 74).
Tarixdə ilk dəfə Jitomirdə keçirilən finalın ilk yarısı haqda nəsə deməyə dəyməz. Monoton mübarizənin gedişində tərəflər qapı önündə heç bir təhlükə yaratmırdı. “Şaxtyor” fasiləyə qədər bir dəfə də Neşereti narahat etmədi. Kiyevlilər hissənin sonunda hesabı açdı. “Dinamo”nun sürətli hücumu zamanı Dubinçak sol cinahdan asma etdi, cərimə meydançasının mərkəzində nəzarətsiz qalan Yarmolenko uzaq küncü dəqiq “nişan aldı”.
Çempionatın lideri fasilədən sonra nəticəyə uyğun oyun göstərdi. “Şaxtyor” yenə də irəlidə heç nə edə bilmirdi. Amma Marino Puşiçin 62-ci dəqiqədəki əvəzetmələri işə yaradı. Baş məşqçi yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumun sağ cinahını da yenilədi. Məhz Pedrinyonu əvəz edən Santana 64-cü dəqiqədə Eliasa məhsuldar ötürmə verdi.
Nə hissənin sonuna qədər, nə də əlavə vaxtda hesab dəyişdi. Penalti seriyasında komandalar ilk 5 zərbəni dəqiq yerinə yetirdi. 6-cı zərbəni vurmaq üçün “nöqtə”yə yaxınlaşan Krıskiv yenidən “şaxtaçılar”ı irəli çıxardı. Riznık isə Karavayevin aşağı küncə vurduğu zərbənin qarşısını aldı. “Şaxtyor” kuboku qazanmaqla həm çempionatda əbədi rəqibdən geri qalmasını bir qədər unutdurdu, həm də Avropa Liqasına vəsiqə qazandı. “Aleksandriya” çempionatda 2-ci olsa da belə, Konfrans Liqasında oynayacaq.
Ümumiyyətlə, indiyiə qədər Ukrayna kubokunu yalnız 5 komanda – “Çernomorets”, “Dinamo”, “Şaxtyor”, “Vorskla” və “Tavriya” qazanıb. “Şaxtyor”un bu turnirdə 15, “Dinamo”nun 13 qələbəsi var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 May 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri