Icma.az
close
up
RU
Liderlər qələbə qazandı, “Şaxtyor” büdrədi

Liderlər qələbə qazandı, “Şaxtyor” büdrədi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lider “Dinamo” LNZ ilə səfər oyununda çətin qələbə qazandı.

Vivçarenkonun erkən qoluna Roman Qriqorçukun çalışdırdığı meydan sahibləri 2-ci hissənin əvvəlində cavab verdi. Son dəqiqələrə qədər hər iki komandanın hesabı dəyişmək imkanı var idi. Kiyevlilərin son hücumlarından biri LNZ üçün sarsıdıcı nəticə ilə bitdi. Çerkassklıların qapıçısı Kuçerenko Brajkonun zərbəsini qaytarmaq üzrə olarkən Putrya araya girdi və topu öz qapısına göndərdi.
Meydana “Aleksandriya”dan bir gün əvvəl çıxan “Şaxtyor” turun mərkəzi oyununda “Krivbass”ı yenəcəyi təqdirdə uzun fasilədən sonra 2-ci pilləyə yüksələ bilərdi. Amma Lvovda keçirilən oyun heç-heçə bitdi. Mendosa 57-ci dəqiqədə Krivoy-Roq klubunu önə keçirdi. Hadisələrin belə axarı ilə razılaşmayan Marino Puşiç birdən-birə üç oyunçunu əvəzlədi. Onun bu gedişi dərhal nəticə verdi.
Bondarenko meydana çıxandan cəmi bir dəqiqə sonra hesabı bərabərləşdirdi. “Şaxtyor”un bundan artığına gücü çatmadı. Baxmayaraq ki, Puşiçin növbəti əvəzetmələrindən sonra meydanda cəmi iki nominal müdafiəçi qalmışdı.
“Dinamo” ilə çempionluq mübarizəsində “silahı yerə qoymaq” istəməyən “Aleksandriya” “Kolos”un qonağı idi. Əvvəlki 19 oyunda cəmi 16 qol buraxan Kovalyokva klubu 42-ci dəqiqədə qapısına top gördü və bunun cavabını verə bilmədi.
Turun qalan oyunlarına gəlincə, Emil Mustafayevin şərəfini qoruduğu “Çernomorets” səfərdə “Polesye”yə uduzmaqla turnir vəziyyətini bir qədər də çətinləşdirdi. Soydaşımız bu oyunda meydana çıxmadı. Odessa klubundan fərqli digər autsayder “Vorskla” “Karpatı” ilə oyunda xal qazandı. “Levıy bereq” mövsümdə 2-ci dəfə “Veres”i məğlub etdi.
Son turlarda nəticələrini yaxşılaşdıran “Zarya” “Obolon” üzərindəki qələbə sayəsində 6-cı pilləyə yüksəldi. “Rux” isə aşkar autsayder “İnqulets”in qapısından qələbə topunu 8-ci uzatma dəqiqəsində keçirdi.
20-ci tur
LNZ – Dinamo 1:2

Yaşari, 49 – Vivçarenko, 11. Putrya, 89-öz qapısına.
Dinamo: Neşeret, Vivçarenko, Karavayev, Popov, Mixavko, Buyalski (Pixalenok, 71), Mixaylenko (Gerrero, 71), Yarmolenko (Brajko, 71), Vanat, Kabayev, Şaparenko (Rubçinski, 84).
Şaxtyor – Krivbass 1:1
Bondarenko, 66 – Mendosa, 57.
Şaxtyor: Riznık, Bondar (Qomes, 65), Vinisius (Neverton, 84), Matviyenko, Pedro Enrike, Krıskiv (Bondarenko, 65), Nazarina, Sudakov, Kevin (Traore, 84), Eginaldo, Şved (Elias, 65).
Kolos – Aleksandriya 0:1
Şepelev, 42.
Polesye – Çernomorets 3:1
Batista, 5. Andriyevski, 42. Qutsulyak, 78 – Yanakov, 57-p.
Vorskla – Karpatı 0:0

Levıy bereq – Veres 2:0
Vovçenko, 11-öz qapısına. Şastal, 59.
Zarya – Obolon 2:1
Miçin, 43; 62 – Karas, 69.

İnqulets – Rux 0:1
Pritula, 90+8.
1. Dinamo 20 15 5 0 42-13 50
2. Aleksandriya 20 13 5 2 29-16 44
3. Şaxtyor 19 12 4 3 46-16 40
4. Polesye 20 9 7 4 28-17 34
5. Krivbass 19 9 5 5 23-19 32
6. Zarya 19 9 1 9 23-23 28
7. Karpatı 20 8 4 8 23-23 28
8. Rux 20 6 8 6 22-17 26
9. Veres 20 6 7 7 22-27 25
10. Levıy bereq 20 6 4 10 12-21 22
11. LNZ 20 6 4 10 20-29 22
12. Kolos 20 3 9 8 13-17 18
13. Obolon 20 4 6 10 12-31 18
14. Vorskla 20 4 6 10 16-27 18
15. Çernomorets 20 4 3 13 14-30 15
16. İnqulets 19 2 6 11 14-33 12
Bombardirlər: Vanat (Dinamo) – 11, Sudakov (Şaxtyor), Qutsulyak (Polesye) – 10.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Mart 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri