Icma.az
close
up
RU
Sayt rəhbərinə 8 il həbs cəzası verildi

Sayt rəhbərinə 8 il həbs cəzası verildi

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İdeal” saytı və eyni adlı partiyanın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Nazim Quliyevin vəkili vəsatət qaldıraraq ibtidai istintaqa prosessual rəhbərlik etmiş müstəntiqin şahid qismində dindirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmədə istintaqın yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək Nazim Quliyevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Prokuror bildirib ki, zərərçəkənlərdən yalnız biri ilə barışıq əldə olunub.

Təqsirləndirilən şəxsin vəkili çıxış edərək N. Quliyevə bəraət verilməsini xahiş edib.

Nazim Quliyev son söz deyib. O, cinayət törətmədiyini, barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Nazim Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İş üzrə ona qaldırılan mülki iddialar qismən təmin edilib. Hökmə əsasən, onun üzərinə həbs qoyulmuş mənzili və evinin satışından əldə olunacaq məbləğ zərərçəkmişlərə ödənəcək. Digər evləri və maşının üzərinə qoyulan həbs isə götürüləcək.

Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə); 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2 (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) və 182.2.4 (hədə-qorxu ilə tələb etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə İftixar Həsənov, Səlfəddin Şirinov, Natiq Zeynalov, İlahə İlyasova və Cəlaləddin Cəfərov zərərçəkmiş qismində tanıdılıb.

Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb.

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Aprel 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri