Icma.az
close
up
RU
SDG/YPG yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD

SDG/YPG yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Yalovada İŞİD militanlarına qarşı əməliyyatda üç Türkiyə polisi şəhid oldu. Bu hadisə bir daha İŞİD-i həm Türkiyənin, həm də regionun gündəminin ön sıralarına çıxardı. 2024-cü il Türkiyənin İŞİD-ə qarşı intensiv əməliyyatlar keçirdiyi bir il olub. 2024-cü ildə Türkiyə təhlükəsizlik qüvvələri İŞİD-ə qarşı 1399 əməliyyat həyata keçirib. Təkcə son bir həftə ərzində 137 şübhəlini hədəf alan 124 fərqli ünvanda əməliyyatlar keçirilib və 115 şübhəli saxlanılıb. Bütün bu əməliyyatlar göstərir ki, Türkiyə təhlükəsizlik və kəşfiyyat xidmətləri İŞİD də daxil olmaqla bütün terror təşkilatlarına qarşı yüksək hazırlıq vəziyyətindədir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Anar Əli söyləyib.

O bildirib ki, İŞİD-in Türkiyədəki təşkilatlanmasını və bu son terror aktını Suriyadakı hadisələrdən asılı olmayaraq qiymətləndirmək düzgün olmazdı: “Məlum olduğu kimi, Suriya mərkəzi hökuməti ilə SDG/YPG terror təşkilatı arasında 10 mart 2025-ci ildə anlaşma Memorandumu imzalanmışdı. Bu razılaşmaya əsasən, SDG/YPG ilin sonuna qədər silahlarını yerə qoymalı, mərkəzi hökümətə inteqrasiya olunmalı və nəzarəti altındakı hərbi və inzibati qurumları mərkəzi hökumətə təhvil verməli idi. Lakin 10 mart müqaviləsindəki heç bir bənd yerinə yetirilmədi. SDG/YPG nəzarət etdiyi Suriya ərazilərindən imtina etmək istəmir və İŞİD-in Suriyada yenidən güclənməsi ehtimalını əsas gətirərək daima İŞİD ilə mübarizədə önəmli bir hərbi güc olduğunu və "əhəmiyyətini" vurğulayır. Türkiyə SDG/YPG-nin öz sərhədlərində olmasını istəmir və 10 mart müqaviləsinin şərtləri yerinə yetirilmədiyi təqdirdə bu terror təşkilatına qarşı yeni bir hərbi əməliyyatın nəzərdən keçirildiyini bildirir”.

A.Əli qeyd edib bir sözlə, Türkiyə Suriyanın gələcəyinə potensial təsir edə biləcək ölkələrin başında gəlir: “Bu səbəblə də SDG/YPG-yə qarşı tədbir görmək istədiği zaman İŞİD üzərindən hədəf alınır. SDG/YPG-nin silahı yerə qoymamasının və mövcudluğunu davam etdirməsinin nə qədər vacib olduğunu göstərmək üçün “bəzi güclər` İŞİD’i bir maşa olaraq səhnəyə sürür. Çünki Türkiyə SDG/YPG terror təşkilatının legitimliyini sarsıda biləcək yeganə ölkədir, Türkiyə Suriyadakı bütün terror təşkilatlarını rədd edən və təhdid kimi görən yeganə ölkədir, Türkiyə regionda unitar və sabit bir Suriya istəyən yeganə ölkədir”.

Onun sözlərinə görə, Türkiyə açıq şəkildə SDG/YPG-dən silahı yerə qoymağı və mərkəzi hökumətə inteqrasiya olunmağını tələb edir: “Hər fürsətdə bunun baş verməməsi halında bunu hərbi yolla edəcəyini və edə biləcəyini bildirir. 10 mart müqaviləsinin şərtlərini yerinə yetirməyən SDG/YPG-nin sonu yaxınlaşdığı üçün İŞİD yenidən Türkiyə və Suriyada palazlandırılmağa çalışılır. SDG/YPG terror təşkilatına toxunulmamasını və onun sözdə legitimliyinin İŞİD vasitəsilə bərpa olunmasını təmin etmək üçün Suriyada və Türkiyədə bu və ya bənzər terror aktlarını yenidən görməyə başlayırıq. Bəs İŞİD bu terror aktları ilə Suriyada nəyə nail olur? İŞİD gündəmə gəldiyi andan etibarən SDG/YPG avtomatik olaraq toxunulmazlıq qazanır. Əgər “SDG/YPG silahlarını yerə qoysa, İŞİD yenidən güclənəcək” propagandası başlayır. ABŞ-nin Suriyadakı varlığı çox daha önəmli olur. Çünkü, ABŞ geri çəkilərsə, boşluq yaranacaq və İŞİD geri qayıdacaq. Göründüyü kimi, İŞİD hər kəs üçün faydalı bir aparatdır: ABŞ-nin Suriyadakı mövcudluğunu qoruması, YPG/SDG-nin silahlarını yerə qoymaması və Türkiyəni terror aktları ilə məşğul etməklə hərbi əməliyyatlar aparmasının qarşısını almaq. SDG/YPG-nin ABŞ tərəfindən "vacib" bir tərəfdaş kimi görülməsi və dəstəklənməsi üçün İŞİD terror təşkilatının faydalı bir aparat olaraq qalacağı göz qabağındadır. Lakin Türkiyə 2016-2019-cu illər arasında Suriyada həm İŞİD, həm də SDG/YPG-yə qarşı üç hərbi əməliyyat keçirən bir ölkədir. Əgər SDG/YPG Suriya hökuməti ilə imzaladığı müqavilənin şərtlərini yerinə yetirməsə, faydalı bir aparat rolu da onu xilas etməyəcək”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 Yanvar 2026 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri