Sea Breeze də adam döyən icra başçısının qohumuna YÜNGÜL CƏZA
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq etməkdə və tanışına xəsarət yetirməkdə təqsirləndirilən İsa Əzizovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Lent.az xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə İsa Əzizovun əməli törədərkən anlaqsız vəziyyətdə olmasını əsas gətirərək, onun ümumi tipli psixoterapiya xəstəxanasında məcburi şəkildə müalicəyə cəlb olunması barədə qərar qəbul edib.
Xatırladaq ki, İsa Əzizov 2025-ci ilin sentyabrında "Sea Breeze" istirahət mərkəzində xuliqanlıq etməkdə təqsirləndirilir.
Onun barəsində ilkin olaraq cinayət məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılsa da, ibtidai istintaq dövrünün sonrakı mərhələsində onun əməlləri cinayət məcəlləsinin 126.2.1 (sağlamlığa qəsdən zərər vurma) və 234.1 (satış məqsədi olmadan narkotik maddələrin saxlanılması) maddələri ilə qiymətləndirilərək, tövsif olunub.
Qeyd edək ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də barəsində cinayət işi açılaraq həbs olunmuşdu.
Azadlığa çıxdıqdan sonra İsa Əzizov 2019-cu ildə yenidən Bakının mərkəzində baş verən silahlı atışmada iştirak etdiyinə görə məsuliyyətə cəlb edilib.
Həmin vaxt o, polisə tabe olmağa çağıran əməliyyatçılara bıçaqla hədə-qorxu gəlibmiş.
Xatırladaq ki, İsa Əzizovun general Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin qohumu olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 13 Yanvar 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















