Icma.az
close
up
RU
Səbail 1 ci liqayla bağlı qərarını verdi, baş məşqçisi bəlli oldu təcili xəbər

Səbail 1 ci liqayla bağlı qərarını verdi, baş məşqçisi bəlli oldu təcili xəbər

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Onsuz da son illərdə qeydə alınan uğursuz nəticələr “Səbail”in premyer-liqanı tərk edəcəyi mövsümün uzaqda olmadığının carçısı idi. Fəlakətdən yaxa qurtarmaq üçün – bəli, Azərbaycanda bu fəlakət sayılır. Xüsusilə infrastrukturun cılızdısa, maliyyə gücün azdısa və nəhayət, yanlışların doğrularından çoxdusa – hansısa təcili tədbirlər görülməliydi ki, bu yöndə kiçik addımlara belə rast gəlmədik. Əskinə, Bayıl təmsilçisi faciəyə qucaq açdı.

“Dənizçilər”in premyer-liqadakı varlığını əsasən autsayder sıralarında qərarlaşmasıyla xatırlayırıq. 2020/21, 2021/22 mövsümlərində sonuncu – 8-ci yeri tutan komanda 2022/23  “futbol ili”ni 9-cu, 2023/24 mövsümünü isə 7-ci pillədə başa vurdu. Bu üzdən Bayıl təmsilçinin azarkeşləri növbəti, yəni cari “futbol ili”yə bağlı nikbin düşüncələrə qapılmışdı. Lakin bu gözləntilər doğrulmadı. “Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) 2018-ci ildən bəri ayırdığı maliyyə dəstəyini dayandırması həmin dövrdə “sükan arxasında” olan Şahin Diniyevi ucuz futbolçular tramsfer etməyə yönəltdi. O başqa məsələ ki, mütəxəssis komplektləşdirdiyi heyətə güvənirdi. Diniyev 12-ci turun “Kəpəz” – “Səbail” matçından sonra ipin ucunu itirdiyini anlayıb istefa verdi. Komanda bu vaxta qədər cəmi 7 xal toplamışdı. İnsafən, “dənizçilər”in heç də maraqsız oyun göstərmədiyini deməliyik. Amma necə deyərlər, yaxşı oyuna görə xal verilmir.
İstənilən halda, Bayıl təmsilçisinin heyətində yanlış seçimlər çox idi. Belədə daha təcrübəli, loru dildə desək, yoxdan var edəcək baş məşqçiyə ehtiyac yaranmışdı. Ancaq klub rəhbərliyi təcrübəsiz Cavid Hüseynova şans verməklə uçuruma aparan yolu hamarlaşdırdı. Yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxan komanda qış fasiləsinə qədər keçirdiyi 5 oyunda cəmi bir xal qazandı. Bu göstərici növbəti yanlış addım haqda ciddi siqnal idi ki, çalışdırıcıya güvənən rəhbərlik mövsümün ikinci yarısında baş tutan ilk üç oyunda əldə edilən 7 xalın eyforiyasına qapıldı. Elə kollektivin sonuncu qələbəsi də bu ərəfədə - yanvarın 25-də qeydə alındı.
Nəhayət, martın 16-da Cavid Hüseynovun istefası da reallaşdı. Onda “Səbail” 9-cu sırada qərarlaşan “Kəpəz”dən cəmi 5 xal geridə idisə, mövsümün bitməsinə 9 tur qalmışdı. “Dənizçilər” bu dəfə də təcrübəsiz məşqçiyə - Elvin Məmmədova güvənmək yolunu seçdi. Düzü, bu təyinatın nə dərəcədə doğru və yanlış olduğunu dəqiqləşdirmək çox çətindi. Amma şübhə yeri qoymayan məsələ var: yanlış zaman idi!
Bundan sonra başverənlər futbolumuzun ən yeni tarixini əhatə edir. Xatırlatmağa lüzum yoxdu. Ancaq klubun yanlışları bununla bitmir. Başqa acı reallıq Bayıl camaatının “Səbail”ə doğma yanaşmamasıdı. Kollektivin hər oyununu yerindən izləyən tamaşaçılar inciməsin, amma “dənizçilər” sevilmədi! Və ya sevilmək üçün nəsə etmədilər. Komandanın cari mövsümdə keçirdiyi 15 ev oyununa cəmi 11400 tamaşaçı gəlib ki, bu da orta hesabla 760 nəfər edir. İş ondadı ki, ümumi izləyici sayının 4900 nəfəri yalnız “Qarabağ” və “Neftçi” ilə ev oyunlarında stadiona təşrif buyurub. Yəni həlledici rolu məhz rəqiblərin kimliyi oynayıb.
Təbii ki, klubun azarkeşlərinə yanaşma tərzini ön plana çəkməliyik. Hansısa layihələr, vədlər, klubun həm qəsəbə daxilində, həm də sosial şəbəkələrdə təbliği yönündə görülməsi vacib olan tədbirlər gündəmdə deyilsə, hansısa isti yanaşmadan da söhbət gedə bilməz. Və təbii ki, ən böyük məsuliyyət klubun icraçı direktoru Firuz Abdulla ilə idman direktoru Zamiq Hüseynovun çiyinləri üzərindədi. Firuz bəy “Səbail”də müvafiq vəzifəyə təyin edildəndən sonra qeydə alınan nəticələrdən bəhs etdik. Qısası, klubun premyer-liqadan düşməsində başda Firuz bəy olmaqla yazıda adı çəkilən və çəkilməyən bütün “Səbail”lilər özünü günahkar hiss etməlidi...
Bəs, klubun bundan sonrakı planları hansı yöndə olacaq? Fəaliyyətini dayandıracağı haqda yayılan şayiələrdən xəbərdarıq. Həqiqətən belədi? Yoxsa artıq 1-ci liqada iştirak etmək üçün planlar cızılmağa başlayıb?
Bu suallarla Firuz bəyə müraciət etdik:

“Klubun fəaliyyətini dayandırması müzakirə olunmur. 1-ci liqada çıxış etmək niyyətindəyik. Yaxın günlərdə sponsorlarla görüş təyin olunacaq və müvafiq müzakirələr aparılacaq. Bundan sonra yekun qərar veriləcək. Onsuz da 1-ci liqanın tələbləri premyer-liqaya nisbətən yüksək səviyyədə deyil. Bu çempionatda yola baş məşqçimiz Elvin Məmmədovla davam edəcəyik. Sadəcə, sənədlərdə baş məşqçi kimi müvəqqəti Əbdülqəni Nurməmmədovun adı qeyd olunur. Bu, lisenziyalaşdırmayla bağlı məsələdi. Elvin Məmmədov A kateqoriyalı məşqçi kursuna yazılmışdı. Lakin kurs gec başladı. Heyətlə bağlı məsələlər isə klubun büdcəsindən asılı olacaq”.


KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 May 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see249

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see239

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see162

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see161

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see150

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see150

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see147

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see136

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see133

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see132

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see131

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see130

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see130

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see129

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see128

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see127

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see126

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri