Icma.az
close
up
RU
“Səbail”: Avropa Liqasından 1 ci liqaya qədər...

“Səbail”: Avropa Liqasından 1 ci liqaya qədər...

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə futbolunun ən gənc simalarından biri “Səbail” 2016-cı ildə qurulub və 2016/17 mövsümündə 1-ci liqada 2-ci yeri tutmaqla elitaya adladı.

“Dənizçilər” elitada ilk mövsümündə bu il olduğu kimi, məhz “Kəpəz”lə ölüm-qalım savaşı apardı. Samir Əliyevin rəhbərliyi altında formalaşan komanda 23 xalla 7-ci yeri tutdu, cəmi 14 xal toplayan gəncəlilər aşağı yuvarlandı. Növbəti mövsüm daha uğurlu oldu. Yalnız “Qarabağ”la “Neftçi”dən geri qalan Aftandil Hacıyevin komandası 3-cü yeri tutdu. Bu isə Avropa Liqasına vəsiqə demək idi. Avrokubokların debütantı “Universitatya Krayova” ilə hər iki oyunda yaxşı təsir bağışlasa da, məhz təcrübəsizliyin qurbanı oldu. Amma 2019/20 mövsümündən etibarən komandanın nəticələrində eniş başladı. “Dənizçilər” həmin mövsüm 7-ci, 2020/21, 2021/22 mövsümlərində sonuncu – 8-ci yeri tutdu. Sadəcə, həmin vaxt liqalararası keçid olmadığından komanda elitada qaldı. 2022/23 mövsümündə “Səbail” həm nəticə, həm də rəhbərlik baxımından dəyişikliklər yaşadı. Şahin Diniyevin rəhbərliyi altında 9-cu yeri tutan Bayıl təmsilçisi “Şamaxı”nı arxada qoydu, ölkə kubokunda isə yarımfinala qədər irəlilədi. 2023/24 mövsümünü nəticə baxımından nisbətən yaxşı qiymətləndirmək olar. 7-ci yeri tutan “dənizçilər” “Araz-Naxçıvan”, “Kəpəz” və “Qəbələ”ni qabaqladı.
2024/25 mövsümündə yaşananları isə hamınız bilirsiz. Mövsüm ərzində üç baş məşqçiyə (Şahin Diniyev, Cavid Hüseynov, Elvin Məmmədov) güvənən komanda sonda premyer-liqanı tərk etməli oldu. Mövsümə Diniyevin rəhbərliyi ilə başlayan “Səbail” ilk 12 oyunda cəmi 2 qələbə, 1 heç-heçə və 9 məğlubiyyətlə zəif performans göstərdi. Bu nəticələrdən sonra Diniyev istefa verdi. Onun yerinə müvəqqəti klubun U-19 komandasının baş məşqçisi Elvin Məmmədov təyin edildi. Premyer-liqanın 13-cü turunda “Səbail” - “Turan Tovuz” matçı 1:1 hesabı ilə bitdi. Ardınca baş məşqçi postuna Cavid Hüseynov gəlsə də, uğursuzluqlar davam etdi. 27-ci turun “Səbail” - “Neftçi” matçından sonra Hüseynov klub rəhbərliyini sərt şəkildə tənqid etdi. Bu tənqidlərdən bir neçə saat sonra o, vəzifəsindən azad olundu. Elvin Məmmədov yenidən baş məşqçi vəzifəsinə gəlsə də, vəziyyəti dəyişə bilmədi...
ƏSƏD SEYİDOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 May 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri