“Səbail” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200 cü qolunu vurub AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 yanvar, AZƏRTAC
“Səbail” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü qolunu vurub.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, yubiley Misli Premyer Liqasının XIX turuna təsadüf edib. “Sumqayıt”la səfər görüşündə (2:0) hesabı açan Rüfət Abdullazadə komandasının 200-cü qolunun müəllifi olub. Bu rəqəmi 201-ə də çatdıran “Səbail” Premyer Liqadakı 223-cü matçında buna nail olub. Paytaxt təmsilçisi evdə 102, səfərdə 99 qola sevinib. “Səbail” ölkə çempionatları tarixində 200 və daha çox top vuran 23-cü komandadır.
Qeyd edək ki, “Səbail” ilk qolunu 2017-ci il avqustun 13-də “Zirə” ilə səfər oyununda (1:2) vurub. Həmin topun müəllifi Vüqar Nadirov olub.

“Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb AZƏRTAC
25 Noyabr 2024 10:30
Azərbaycan çempionatlarının 20cisi
16 Dekabr 2024 12:00
“Səbail” Azərbaycan çempionatlarında 100 cü səfər qolunu vurub
03 Fevral 2025 10:25
“Səbail” Azərbaycan Kubokunda 50ci qolunu vurub
05 Dekabr 2024 10:11

