Şamaxı Azərbaycan çempionatlarının yüksək dəstəsində 200 cü heç heçəsinə imza atıb
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsinə imza atıb.
Bu barədə SİA-ya Peşəkar Futbol Liqasının mətbuat xidmətindən bildirilib.
Bu yubiley Misli Premyer Liqasının XI turunda qeydə alınıb. Şamaxının eyniadlı təmsilçisi "Sabah"la səfər görüşündə bir xal qazanıb – 2:2.
Əvvəllər "Xəzər Universiteti", "İnter", "Keşlə" adları altında da çıxış edən komanda 737-ci matçında "200"ə çatıb. Heç-heçələrdən 93-ü evdə, 107-si səfərdə qeydə alınıb. Şamaxılılar "Neftçi" və "Qarabağ"dan sonra 200 və daha çox heç-heçə edən 3-cü komandadır.
Qeyd edək ki, "Xəzər Universiteti" adlandığı vaxt ilk heç-heçəsini edən komanda 1999-cu il dekabrın 5-də "Turan"la ev görüşündə qolsuz sülhə imza atıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 09 Noyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















