Icma.az
close
up
RU
Səbail klubu 1300 manat cərimələnib

Səbail klubu 1300 manat cərimələnib

AFFA İntizam Komitəsi "Səbail" klubunu 1300 manat cərimələyib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "dənizçilər"in evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XIV tur matçında yaşananlar səbəb olub.

Paytaxt təmsilçisi azarkeşlərin 62-ci dəqiqədə lazer işıqdan istifadə etməsinə görə 500 manat ödəyəcək. Bakı klubu görüş bitəndən sonra meydana kənar şəxslərin daxil olması ucbatından 800 manat ziyana düşüb.

"Qarabağ" isə 700 manat cərimələnib. Buna "köhlən atlar"ın 4 oyunçusunun sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılması səbəb olub.

Bizim Telegram kanalımıza abunə olun

seeBaxış sayı:28
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri