“Səbail” Şahin Diniyevə təzminat ödəməyəcək
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
“Səbail” klubu bir neçə gün öncə baş məşqçi postundan istefa verən Şahin Diniyevə təzminat ödəməyəcək.
Bu barədə klubun icraçı direktoru Firuz Abdulla məlumat verib.
Onun sözlərinə görə, heç bir təzminatdan söhbət gedə bilməz:
“Ona təzminat ödəyəcəyimizlə bağlı məlumatlar həqiqətə uyğun deyil. Şahin Diniyev könüllü istefa verib və klub qarşısında maliyyə məsələləri ilə bağlı hər hansı iddia qaldırmayıb. Yalnız son ayda işlədiyi müddətin əməkhaqqını alacaq. Amma heç bir təzminat iddiası yoxdur”.
Qeyd edək ki, 58 yaşlı mütəxəssis Misli Premyer Liqasının XII turunun “Səbail” – “Kəpəz” matçından (0:1) sonra istefa verib. Komanda hazırda 8 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.

“Səbail” klubu Şahin Diniyevə təzminat ödəməyəcək
14 Noyabr 2024 13:51
“Səbail” klubu Şahin Diniyevə təzminat ödəməyəcək Yeni Sabah
14 Noyabr 2024 16:47
“Səbail” klubu Şahin Diniyevə təzminat ödəməyəcək İdman və Biz
14 Noyabr 2024 14:02
“Səbail” Şahin Diniyevə təzminat ödəyəcək? Rəsmi
14 Noyabr 2024 15:39

