“Səbail”in qapıçısı: “Premyer Liqada qalmaq üçün sonadək savaşacağıq”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Komandada ab-hava çox yaxşıdır”.
Bunu İdman.biz-ə “Səbail” futbol klubunun futbolçusu Əlirza Müştəbazadə deyib.
O, Misli Premyer Liqasının XXXII turunda “Araz-Naxçıvan”la (1:1) oyunu şərh edib. 23 yaşlı qolkiper bildirib ki, matçda istədikləri nəticəni qazana bilməyiblər: “Araz-Naxçıvan”la qarşılaşmaya qələbə üçün çıxmışdıq, yaxşı da oyun nümayiş etdirdik. Təəssüf ki, iki xalı əldən verdik. Oyun heç-heçə bitdi”.
Müştəbazadə komandasının Premyer Liqada qalmaq üçün sonadək savaşacağını deyib: “Dörd oyunumuz qalıb. Bu matçlarda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Mayın 3-də “Şamaxı” ilə səfər oyunumuz var. Bu matçın çətin olacağını bilirik. Ancaq meydana qələbə üçün çıxacağıq. Ümid edirəm, hər şey bizim üçün yaxşı olacaq, Premyer Liqada qalmaq istəyirik”.
İyunda “Səbail”lə müqaviləsi bitəcək Əlirza komandada qalıb-qalmayacağı ilə bağlı suala cavab verməyin hələ tez olduğunu vurğulayıb.
Qeyd edək ki, “dənizçilər” sona 4 tur qalmış Premyer Liqada yerini itirməyə real namizəd hesab olunur. “Səbail” I Liqaya qayıdışını növbəti turlara təxirə də sala bilər. Finişə 4 tur qalmış 21 xala malik paytaxt təmsilçisi “Kəpəz”dən 7, “Sumqayıt”dan 9 xal geri qalır.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 01 May 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















