Icma.az
close
up
RU
“Səbail”in qapıçısı: Premyer Liqada qalmaq üçün son tura qədər mübarizə aparacağıq MÜSAHİBƏ

“Səbail”in qapıçısı: Premyer Liqada qalmaq üçün son tura qədər mübarizə aparacağıq MÜSAHİBƏ

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Səbail” futbol klubunun qapıçısı Əlirza Müştəbazadə AZƏRTAC-a müsahibəsi

- Misli Premyer Liqasının XXVIII turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdiniz. Qələbə qazana bilməməyinizə nə səbəb oldu?

- Oyuna çox yaxşı hazırlaşmışdıq. Məsuliyyəti dərk edirdik. Bərabərlik qolunu vurduqdan sonra şanslarımız oldu. Təəssüf ki, yararlana bilmədik. Məğlub olmamaq da yaxşı nəticədir.

- Bu mövsüm komandanın nəticələri niyə zəifdir? Sizcə, əsas problem nədədir?

- Yaxşı məşq edirik. Futbolçular da keyfiyyətlidir. Hər oyuna böyük həvəslə çıxırıq. Əlbəttə, ardıcıl məğlubiyyətlər kollektivdə ruh düşkünlüyü yaradır. Lakin bizdə hər şey yaxşıdır. Uşaqların hamısı bir-biri ilə çox mehribandır. Problem yoxdur. İndi çətin duruma düşmüşük. Hər kəs bunu aşmaq üçün çalışır. Heç kim istəməz ki, oynadığı komanda əsas liqanı tərk etsin. Sadəcə, qələbə seriyası yaxalaya bilmirik. Bunu etsək, inanın ki, hər şey fərqli olacaq. Futbolda hər bir komandanın eniş dövrü olur. Bu cür hallar qaçılmazdır.

- Necə düşünürsünüz, "Səbail" mövsümün sonunda Premyer Liqada qala biləcəkmi?

- Tam səmimi danışacağam. Elitada qalacağımıza çox inanıram. Həyatda hər şey mümkündür. Eləcə də futbolda. Biz aşağı liqa barədə düşünmürük. Son tura qədər meydanda mübarizə aparacağıq.

- Əgər komanda Premyer Liqanı tərk etsə, növbəti mövsümdə də "Səbail"də oynamağı düşünürsünüz?

- Yenə deyirəm, aşağı liqa barədə düşünmürəm. Beynimdə bir fikir var, o da "Səbail"in Premyer Liqada qalmasıdır. Buna çox inanıram. Getməyə gəlincə, bu klubun çörəyini yeyirəm. Heç vaxt hörmətsizlik etmərəm. Başqa niyyətim olsa, kluba pislik etmiş olaram. Çətin gündə komandamın yanında olmaq istəyirəm. Meydanda son damla qanıma kimi döyüşəcəyəm.

- Bir az da öz çıxışınız barədə danışaq. Bu mövsüm özünüzü yaxşı tərəfdən göstərə bilirsiniz. Uğurlu çıxışınızın sirri nədədir?

- Cavid Hüseynovun gəlişindən sonra meydana çıxmaq şansı qazandım. Əvvəllər çıxışım istədiyim kimi deyildi. Lakin yavaş-yavaş hər şey qaydasına düşdü. Oynayan zaman inkişaf da olur. Klub mənə çox şansı verdi.

- Gənc qapıçı kimi dünya futbolunda örnək götürdüyünüz hansısa qolkiper varmı?

- İndi deyəcəyim söz insanlarda mənə qarşı fərqli fikir yaradacaq. Amma hansısa şəxsin adını çəkə bilməyəcəyəm. Mən öz üzərimdə işləyirəm. Hər qapıçıdan nəsə götürməyə çalışıram. Sırf özüm üçün ideal hesab etdiyim qolkiper yoxdur.

- Azərbaycan millisinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş sizi Belarusla yoldaşlıq oyunundan öncə yığmaya dəvət etdi. Gənc qapıçı üçün ilk dəfə ölkənin əsas yığmasının heyətində yer almaq necə hissdir?

- Bu hissi sözlə ifadə etmək çətindir. Həqiqətən də orada olmaq, müəyyən təcrübə toplamaq fantastik idi. Mənə inananlara təşəkkür edirəm. Bundan sonra da milli komandaya layiq olmağa çalışacağam. İnşallah, yığmanın növbəti toplanışlarına da dəvət alaram.

- Milli komandanın nəticələri barədə nə deyə bilərsiniz?

- Milliyə dəvət alan futbolçular burada özlərini daha yaxşı göstərmək üçün çalışirlar. Heç kim məğlub olmaq istəmir. Amma futbolda “bütün oyunlarda qalib gələcəyik” deyə bir qanun da yoxdur. İstənilən nəticələrlə rastlaşmaq olur.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Aprel 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri