Sebastian Burduja: “Rumıniya Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir”
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Rumıniya Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dəhlizin Cənub-Şərqi Avropa və Balkanlar istiqamətində genişləndirilməsi region üçün etibarlı, proqnozlaşdırıla bilən və rəqabətədavamlı enerji təchizatını təmin etmək baxımından mühüm addımdır.
O qeyd edib ki, Bakıda keçirilən nazirlər görüşü ortaq məqsədi paylaşan tərəfdaşlar arasında dialoq, əməkdaşlıq və koordinasiyalı fəaliyyət üçün mühüm platformadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 Aprel 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















