Icma.az
close
up
RU
Avropa rəsmiləri Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivlərini qiymətləndiriblər

Avropa rəsmiləri Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivlərini qiymətləndiriblər

Icma.az, Milli.az saytına istinadən bildirir.

Aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci Nazirlər Toplantısı və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü Nazirlər Toplantısı keçirilib.

Tədbirdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi müzakirə olunan mühüm mövzulardan biri olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müşavirədə çıxışı zamanı dediyi kimi, bu gün Azərbaycan 10-u Avropa, 8-i isə Avropa İttifaqının üzvü olmaqla 12 ölkəni təbii qazla təmin edir:

"Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.

Təbii ki, biz mövcud qaz boru kəməri sisteminin genişləndirilməsində birgə səylər haqqında düşünməliyik. Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün bizə maliyyələşmə lazım olacaq. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır".

Şübhəsiz ki, Azərbaycan qazını alan və onun həcmlərinin artırılmasında maraqlı olan Avropa ölkələri, eləcə də Azərbaycandan "mavi" yanacağa çıxış əldə etmək istəyən ölkələr bunun mövcud infrastrukturun genişləndirilməsini tələb etdiyini anlayırlar.

Belə ki, Trend-ə özəl müsahibəsində Avropanın enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen qeyd edib ki, Aİ Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünü artırmaq üçün tərəfdaş ölkələrlə əməkdaşlıq edir.

"Bu, bizim Rusiya enerji-resurslarından asılılığımızı azaltmaq və enerji tədarükünü şaxaələndirmək səylərimiz fonunda olduqca önəmlidir", - o bildirib.

O vurğulayıb ki, Aİ Azərbaycan və digər tərəfdaş ölkələrlə birlikdə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın ikitərəfli ticarətinin inkişafını davam etdirməyi planlaşdırır.

"Əlbəttə ki, bu kommersiya məqsədyönlülüyündən və bazar tələbatından asılıdır. Qaz həcmlərinin artırılması üçün imkanların qiymətləndirilməsi və kommersiya şərtlərinin razılaşdırılması bazar iştirakçılarının öhdəsinə düşür, belə ki, məhz o razılaşmalar qaz kəmərlərinin ötürücülük qabiliyyətinin artırılmasına sərmayə yatırımını təmin edəcək. Biz Azərbaycan qazının Avropa İttifaqına tədarükünün genişləndirilməsi üzrə bir sıra layihələrin gerçəkləşdirilməsində mühüm irəliləyişə nail olmaqdayıq, buna misal kimi "Adriatic Backbone" layihəsini və Bolqarıstan və Rumıniyanın enerji sistemlərinin möhkəmləndiirlməsini göstərmək olar", - o bildirib.

Moldovanın baş naziri Dorin Reçan da ölkəsinin Cənub Qaz Dəhlizinin genişləndirilməsini və onun Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində rolunu qətiyyətlə dəstəklədiyini bəyan edib.

"Moldova alternativ təchizat marşrutları ilə əlaqələri genişləndirməklə, o cümlədən CQD çərçivəsində həyata keçirilən tərəfdaşlıqlar vasitəsilə enerji müstəqilliyini gücləndirməyə çalışır", - o bildirib.

Rumıniyanın energetika naziri Sebastian-İon Burduja isə vurğulayıb ki, Cənub Qaz Dəhlizinin Cənub-Şərqi Avropa və Balkanlara genişləndirilməsi üçün konkret addımlar atılmalıdır.

"Bizdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi prosesinin lehinə bütün arqumentlər var. Xüsusilə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri üçün əlavə həcmlərə və yeni təchizatçılara açıq ehtiyac var. Bu qaz-nəqliyyat infrastrukturunun danılmaz uğurunu və onun Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyətini nəzərə alaraq, Cənub-Şərqi Avropa və Balkan ölkələri nəzərə alınmaqla, Cənub Qaz Dəhlizinin genişləndirilməsi planlarının həyata keçirilməsində konkret addımlara həmişəkindən daha çox ehtiyac var. Bu, xüsusilə bu ölkələrdə qaz kəməri infrastrukturundan istifadə imkanlarını nəzərə alaraq, bu regionların Cənub Qaz Dəhlizinə qoşulmasını təmin etmək üçün lazımdır. Bunun reallığa çevrilməsi üçün ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək, təcili tədbirlər görmək və Cənub Qaz Dəhlizinin genişləndirilməsi planlarında konkret addımlar atmaq lazımdır", - o bildirib.

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Boqlarka İlleş öz növbəsində qeyd edib ki, Macarıstan təkcə özü və ya Mərkəzi və Şərqi Avropa regionu üçün deyil, bütün Avropa üçün əsas layihə olan Cənub Qaz Dəhlizinin tikintisini və potensialının genişləndirilməsini daim dəstəkləyib.

"Cənub-Şərqi Avropada qaz şəbəkəsinin tutumunun artırılması bizim üçün son dərəcə vacibdir. Bu sistemdə aradan qaldırılmalı olan çatışmazlıqlar var, bəzi boru kəmərlərinin və interkonnektorların ötürücülük qabiliyyəti artırılmalıdır. Nəqliyyat marşrutlarının tutumu nə qədər çox olarsa, yeni enerji mənbələrinə çıxış əldə etmək şansımız bir o qədər çox olar", - o bildirib.

Dayanıqlı enerji təchizatına artan tələbat və enerji təhlükəsizliyinin gücləndirilməsi zərurəti fonunda Avropa ölkələri Azərbaycan təbii qazının tədarükünün artırılmasına maraq göstərirlər. Artıq Azərbaycandan qaz alan ölkələr həcmi artırmağa çalışır, Cənub Qaz Dəhlizinə hələ qoşulmayan ölkələr isə bu etibarlı mənbəyə çıxış əldə etmək istəklərini bildirirlər.

Bu məqsədlərə nail olmaq üçün artıq uğurlu və strateji əhəmiyyətli layihə olduğunu sübut edən Cənub Qaz Dəhlizinin mövcud infrastrukturunu genişləndirmək lazımdır. Bununla belə, əsas problem investisiyaların cəlb edilməsidir. Bir çox beynəlxalq maliyyə institutları ənənəvi yanacaqlarla bağlı layihələri maliyyələşdirməkdən imtina edərək, yalnız yaşıl enerjiyə diqqət yetirirlər.

Bununla belə, mövcud geosiyasi vəziyyət və bazar ehtiyacları praqmatik yanaşma tələb edir. Aralıq həllər olmadan tam enerji keçidi mümkün deyil. Ona görə də beynəlxalq maliyyə institutlarının öz mövqelərinə yenidən baxması və təbii qazın nəqli layihələrini, xüsusən də Cənub Qaz Dəhlizinin genişləndirilməsini maliyyələşdirməyə davam etmələri zəruridir.

Cənub Qaz Dəhlizinin həyata keçirilməsi təcrübəsinin özünün göstərdiyi kimi, Azərbaycan ilə Avropa ölkələri arasında sıx əməkdaşlıq, uzaqgörənlik və strateji planlaşdırma real nəticələr verə bilər. Eyni qətiyyət və gələcəyə baxış bu gün Avropanın enerji təhlükəsizliyini uzunmüddətli perspektivdə təmin etmək üçün lazımdır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Aprel 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see234

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see148

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see143

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see142

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see136

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri