Icma.az
close
up
RU
Sebastian Lekornüyə olan etimadsızlıq riski qalmaqdadır SORĞU

Sebastian Lekornüyə olan etimadsızlıq riski qalmaqdadır SORĞU

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paris, 15 oktyabr, AZƏRTAC

“Odoxa-Backbone Consulting” şirkətinin sorğusuna əsasən, fransızların böyük əksəriyyəti yeni Baş nazir Sebastian Lekornü və onun formalaşdırdığı hökumətə etimadsızlıq göstərir.

AZƏRTAC xəbər verir ki, fransızların 62%-i bu təyinatdan narazıdır.

Fransızlar Lekornünü fərdi xüsusiyyətlərinə görə bəyənsələr də onu Baş nazir kimi qəbul etmirlər. Sorğuda iştirak edənlərin 44%-i onun haqqında müsbət fikir bildirib. Onun televiziya vasitəsilə verdiyi səmimi istefa açıqlaması da Lekornüya ictimai rəğbət qazandırıb. Buna baxmayaraq, fransızların 61%-i hesab edir ki, o, yaxşı Baş nazir deyil.

Yeni formalaşan hökumət isə vəziyyəti yaxşılaşdırmaq əvəzinə, daha da pisləşdirir. Respondentlərin 72%-i bu hökumətin onların gözləntilərinə uyğun olmadığını düşünür. 67%-i isə siyasi dəyişiklik vədinin yerinə yetirilmədiyini qeyd edir.

Hökumətin kiçik heyətli olacağı bəyan edilsə də, yeni kabinetdə 34 üzv yer alıb. Nəticədə, fransızların 73%-i bu hökumətin uğur qazanacağına, 74%-i isə 2027-ci ilə qədər davam edəcəyinə inanmır.

Etimadsızlıq səsverməsi ictimaiyyətdə kəskin qütbləşməyə səbəb olur: 52% lehinə, 47% əleyhinədir. Bu fərq xalqın narazı olduğu qədər yorğun olduğunu da göstərir. Əksəriyyət hökumətin cəzalandırılmasını istəsə də, az qala yarısı bunun siyasi böhranı daha da dərinləşdirəcəyindən qorxur. Fransızların 80%-i böhranın artıq iqtisadi təsirlərinin olduğunu düşünür.

Pensiya islahatının dayandırılması qərarı müvəqqəti olaraq gərginliyi azaldıb. Bu da sosialist seçicilər arasında etimadsızlığa qarşı çıxanların sayını artırıb.

Ən diqqətçəkən nəticələrdən biri odur ki, əgər Lekornü hökumətinə etimadsızlıq göstərilərsə, fransızların 83%-i bunun ciddi siyasi nəticələrinin olacağını düşünürlər. Fransızların 50%-i Emmanuel Makronun istefasını, 33%-i isə parlamentin buraxılmasını istəyir. Yalnız 16%-i yeni Baş nazir təyin olunmasının çıxış yolu ola biləcəyini düşünür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri