Icma.az
close
up
RU
“Səbəb uşaqların evdə kitabla deyil, smartfonla böyüməsidir”

“Səbəb uşaqların evdə kitabla deyil, smartfonla böyüməsidir”

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

“Belə bir statistika var: bir ingilis gənci universitet qapısını 92 000 söz ehtiyatı ilə döyür. Bir fransız gəncində bu ehtiyat 88 000, bir türk gəncində 11 000-dir.Görəsən Azərbaycan gənci universitetə neçə min, yaxud neçə yüz sözlə yollanır?  Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu anlamırsa, bu, o deməkdir ki, hər üç nəfərdən ikisinin söz ehtiyatı, ümumiyyətlə, yoxdur. Səbəb? Səbəb uşaqların evdə kitabla deyil, smartfonla böyüməsidir”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O, bildirib ki, əvvəlki nəsillərin tərbiyəsində də kitab rol oynamayıb, smartfonların yerini isə valideynlərin məişət söz-söhbətləri tutub:

“Azərbaycanda çox az vətəndaş uşaqlıqdan kitab oxuma vərdişinə yiyələnir. Bu vərdiş olmadığı üçün milyonlarla vətəndaşımız yaşadığı həyatı 200-300 sözlə anlayıb bu dünyanı ibtidai insandan azacıq üstün fərqlə tərk edir. Müəllimlərin son qurultayında müzakirə otaqlarının birində bədii, elmi-kütləvi, fəlsəfi ədəbiyyat oxumağın vacibliyindən danışdığım yerdə bir müəllim sual verdi: biz nə edək ki, sizin dediyiniz kitabları bizim şagirdlər də oxusun? Cavab sadə idi: Əvvəlcə özünüz oxuyun və sinifdə oxuduğunuz kitablardan sitatlar gətirin. Uşağın şəxsinə yox, beyninə xitab edin!”.

A.Yenisey deyib ki, başqa ölkələri deyə bilmərəm, amma bizim ölkədə təhsil mühiti ilə ailə mühiti dost yox, düşmən olmalıdır:

“Bu düşmənçilik olmayanda ortaya belə bir mənzərə çıxır: Bir dəfə AZtv-də jurnalist doxsan yaşlı ağsaqqala sual verdi: - Ağsaqqal, uzun ömür yaşamısınız, yəqin çoxlu xatirələriniz var, onlardan birini tamaşaçılarımız üçün danışmaq istəyərdinizmi?Ağsaqqal bir az düşünüb dedi: - Bizim kənddə məktəb yox idi, qonşu kəndin məktəbinə gedirdik. O kənddə bir aşıq Gülamalı vardı. 2-ci sinifdə oxuyanda həmin kənddən olan sinif yoldaşımla aşıq Gülamalının saz çalmağını öz gözlərimlə görmüşdüm. İllər keçdi, günlərin birində həmin sinif yoldaşımla qarşılaşdım, oradan-buradan danışanda qəfildən soruşdum:- Sizin kənddə bir aşıq vardı, Gülamalı kişi, o durormu? Buyur, doxsan illik həyatın ən yaddaqalan xatirəsi! Kitabdan kənarda yaşanan ömrün bundan artıq nə xatirəsi olacaq ki, onu danışmaq və anlamaq üçün söz ehtiyatına ehtiyac olsun?”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Sentyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see653

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see595

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see402

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see273

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see272

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see271

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see269

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see264

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see254

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see252

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see250

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see247

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see243

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see234

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see224

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see217

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see212

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see212

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see208

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri