Səbinə Əliyeva yenidən Ombdsman seçildi
Icma.az bildirir, Modern.az portalına istinadən.
Səbinə Əliyeva növbəti 7 il müddətinə yenidən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçib.
Modern.az xəbər verir ki, məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Məsələ müzakirə edildikdən sonra keçirilən səsvermənin nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. İclasda iştirak edən deputatlardan ... nəfəri onun Ombudsman olmasının lehinə səs verib.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən Ombudsman vəzifəsinə 3 nəfər - hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi Elşanə Vəliyevanın namizədliyi irəli sürülüb.
Xatırladaq ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Milli Məclis tərəfindən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili seçilib. Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə anadan olub. İxtisasca hüquqşünasdır. Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 3-cü dərəcə dövlət müşaviridir. Səbinə Əliyeva Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşı, Milli Məclisin sabiq vitse-spikeri və Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır. Ombdsmanın iki övladı var.
Baxış sayı:47
Bu xəbər 03 Noyabr 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















