Icma.az
close
up
RU
Səbinə Salmanova: Avropa Parlamentinin kağz parçasını qətiyyətlə rədd edirik

Səbinə Salmanova: Avropa Parlamentinin kağz parçasını qətiyyətlə rədd edirik

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa Parlamenti adlanan, demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən, bir qrup məsuliyyətini anlamayanlardan ibarət “parlamentarilərin” mövcud olduğu bir “qurumun” ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə hər birimizdə gülünc doğurur. Bu əsassız, ittiham və qərəzlə dolu qətnamə sadəcə əhəmiyyətsiz bir kağız parçasıdır.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, “sənəddə” Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır:

“Bu cür yanaşmalar regionda baş verən proseslərin mahiyyətini təhrif etməklə yanaşı, Azərbaycanın suveren hüquqlarına və daxili işlərinə müdaxilə cəhdidir. 2023-cü ildə Azərbaycan dövləti Konstitusiyamıza uyğun olaraq Qarabağda yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası ilə bağlı plan irəli sürmüşdü. Ancaq buna baxmayaraq, erməni sakinlər regionu könüllü əsasda tərk etmişdilər. 

Bu faktı inkar və ya fərqli şəkildə təqdim etmək isə nankorluqdur. Sual olunur ki, niyə Avropa Parlamenti torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, etnik təmizləməyə, bir milyondan çox qaçqın və məcburi köçkünün insan hüquqlarına davamlı şəkildə etinasız yanaşmışdı? 

Hesab edirəm ki, bu sual onların kimliyini ortaya qoyur. Demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən Avropa Parlamentinin Azərbaycana qarşı iddialar səsləndirməyə, “qətnamələr” qəbul etməyə hüquqi və mənəvi haqqı yoxdur”.

S.Salmanova qeyd edib ki, kağız parçasında “müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışlar hüquqi baxımdan qəbuledilməzdir:

“Barələrində məhkəmə hökmü çıxarılmış şəxslərin isə terrorçuluq, təxribat və hərbi cinayətlər daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş şəxslərdirlər. Eyni zamanda, Azərbaycan tərəfi humanistlik nümayiş etdirərək bəzi şəxsləri sülh mühitinin möhkəmləndirilməsi məqsədilə Ermənistana təhvil verilib. 

Bu, ölkəmizin sülh gündəliyinə sadiqliyinin və regionda etimadın bərpasına yönəlmiş siyasətinin göstəricisidir. Bir sözlə, Avropa Parlamentinin qərəzli qətnaməsi sülh gündəliyi prosesinə maneə yaratmaq məqsədi güdür. 

Biz bu kağız parçalarını ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir və qətiyyətlə rədd edirik”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 May 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri