Səbinə Xasayeva Lökbatan qəsəbəsində vətəndaşları qəbul edib
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonunun Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyasının inzibatı binasında seçiciləri ilə növbəti görüşünü keçirib.
Newscenter.az xəbər verir ki, qəbula gələnlər işə qəbul olunmalarına, işsizliyə görə ünvanlı dövlət sosial yardım(ÜDSY) almaq hüququnun təyin edilməsinə, özünüməşğulluq proqramı çərçivəsində təşkil edilən peşə kursuna cəlb edilmələrinə, vətəndaşların hüquqlrının pozulmasının qarşısının alınmasına, qanunlara ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsinə, şəxsi problemlərinin həll edilməsi üçün maddi yardım verilməsinə və digər problemlərinin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb, seçiciləri maraqlandıran suallar cavablandırılıb və onlara lazımi tövsiyələr verilib.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.
Seçicilər görüşdən məmnuqlarını ifadə ediblər.

Süleyman
.
Baxış sayı:183
Bu xəbər 19 Fevral 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















