Səbinə Xasayeva Lökbatan qəsəbəsində seçicilərlə görüşüb
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Aprelin 13-də 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının inzibatı binasında seçicilərlə görüş keçirib.
Newscenter.az xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyatı qurumlara yönləndirilib

Müraciət edənlər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər, hər belə qəbul və görüşlərin Prezident İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.
Süleyman
Baxış sayı:136
Bu xəbər 13 Aprel 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















