Icma.az
close
up
RU
Seçicisinə çaynik atan azərbaycanəsilli deputat: Əlimi masaya çırpmışam VİDEO

Seçicisinə çaynik atan azərbaycanəsilli deputat: Əlimi masaya çırpmışam VİDEO

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

"Şəxsimə və ailəmə qarşı qeyri‑etik ifadələr səsləndirilib, heç kəsə çaynik atmamışam".

Bunu Oxu.Az‑a açıqlamasında Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndinin deputatı Ceyhun Çovdarov bildirib.

Onun sözlərinə görə, Gürcüstanda Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki "Mərasim evi"ndə keçirilən tədbirdə ona qarşı təxribat hazırlanıb:

"Tədbirin məqsədi kənddəki problemlərin müzakirəsi olsa da, heç bir konkret problem açıqlaya bilmədilər. Kənddə içməli su və yolla bağlı məsələlər var. Lakin içməli su ilə bağlı işlərin 90 faizi artıq yekunlaşıb. Növbəti mərhələdə yolların təmirinə başlanılacaq. Bundan əlavə kənddə məktəb, uşaq bağçası, stadionlar və işıq təsərrüfatı ilə bağlı işlər də görülüb. Mən onlardan soruşdum ki, həll etdiklərimizdən başqa hansı problemlərimiz var? Cavab verən olmadı. Orada toplaşan insanlara da müraciət etdik, hansı məsələlərin cavabsız qaldığını soruşduq. Yenə heç bir cavab vermədilər".

Deputat əlavə edib ki, tədbirdə iştirak edən Qızılhacılı kənd sakini, Marneuli 4 saylı ictimai məktəbin direktor müavini Əhliman Babakişiyev və Nurəddin İsmayılov müxalifyönlü şəxslərdir:

"Onlar mənə qarşı təxribat törətdilər. Kəndin problemlərindən danışmır, digər sakinlərin də fikirlərini səsləndirməsinə imkan vermirdilər. Şəxsim və ailəm barədə təhqiramiz ifadələr işlədirdilər. Sözlü qarşıdurma zamanı əlimi masaya çırpmışam, amma heç kəsə çaynik atmamışam".

C. Çovdarov bildirib ki, hadisə zamanı Nurəddin İsmayılovun qardaşı İlqar İsmayılov ona xəsarət yetirib və bu səbəbdən hüquq‑mühafizə orqanlarına müraciət edib.

10:48

Gürcüstanda Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki "Mərasim evi"ndə kənddəki mövcud problemlərlə bağlı keçirilən görüş zamanı insident baş verib.

Turkustan.az aktual.ge-yə istinadən xəbər verir ki, görüş zamanı Qızılhacılı kənd sakini, Marneuli 4 saylı ictimai məktəbin direktor müavini Əhməd Babakişiyev kənddəki infrastruktur, yol və içməli su problemlərindən danışıb. O, bu problemlərlə bağlı kəndin deputatı Ceyhun Çovdarovu və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu günahlandırıb.

Onun sözlərinə görə, nə deputat, nə də meriyanın nümayəndəsi bu məsələləri Marneuli Bələdiyyə Məclisində qaldıra bilir və kəndin qeydinə qalır.

Görüşə qatılan Qızılhacılı deputatı Ceyhun Çovdarov və mer nümayəndəsi Sədrəddin Talıbov onlara qarşı Əhməd Babakişiyev dilə gətirdiyi mövzuları qəbul etməyib və gördükləri işlərdən danışıb.

Sorğu-sual şəklində davam edən müzakirə zamanı kənd sakinlərindən biri sərt ifadələrlə Ceyhun Çovdarovu təhqir edib. Cavab olaraq, Ceyhun Çovdarov masada olan çayniki həmin şəxsə atıb. Bundan sonra dava baş verib.

Daha ətraflı video xəbəri təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 İyul 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri